ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə saziş yaxın zamanda imzalanacaq.
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılar sahəsində sazişin tezliklə imzalanacağını açiqlayıb. Tramp bu barədə kabinet iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, görüş zamanı xəzinədarlıq katibi Skot Bessent sənədin tamamlanmaq üzrə olduğunu vurğulayıb.
Məlumata əsasən, sazişin ötən ay Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində imzalanması planlaşdırılırdı. Lakin Prezident Tramp və vitse-prezident Ceyms Devid Vens ilə keçirilən gərgin görüşdən sonra imzalanma təxirə salınıb.
Hazırda tərəflər arasında danışıqlar davam edir və yaxın vaxtlarda sazişin rəsmiləşdirilməsi gözlənilir.
Fatimə Şükürova // EDnews