Mayın 5-də Səmərqənddə Körfəz Əməkdaşlıq Şurası və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının sammiti keçiriləcək.
“EDnews” xəbər verir ki , bunu Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov Küveytdə “Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq üzrə xarici işlər nazirlərinin 3-cü iclasında çıxışı zamanı bildirib.
Nazir Səmərqənd sammitini iki region arasında əlaqələrin dərinləşdirilməsinə doğru mühüm addım adlandırıb.
Fatimə Mərdanlı // EDnews