Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur

Dünya 00:01 22.04.2025

Hər il aprelin 22-də qlobal bir bayram - Beynəlxalq Yer Günü qeyd olunur.

“EDnews” xəbər verir ki , bu gün BMT Baş Assambleyasının 2009-cu ildə keçirilən 63-cü sessiyasında (BMT-nin 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə A/RES/63/278 saylı qətnamə) təsis edilib və 2010-cu ildən aprelin 22-də qeyd olunur.

Baş Assambleyanın 63-cü sessiyasının sədri Migel d'Eskoto Brokman bildirib ki, qətnamədə bu Beynəlxalq Günün elan edilməsi Yer kürəsinin və onun ekosistemlərinin bizim evimiz olduğunun, bəşəriyyət üçün həyat verdiyinin etirafıdır və həmçinin 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında götürülmüş öhdəliklərin bir daha təsdiqidir. Buna görə də indiki və gələcək nəsillərin iqtisadi, sosial və ekoloji ehtiyacları arasında ədalətli tarazlığa nail olmaq üçün təbiət və Yer planeti ilə harmoniyanı təşviq etmək lazımdır.

Qətnamədə, həmçinin qeyd olunur ki, “Ana Yer” termini bir çox ölkələrdə geniş şəkildə qəbul edilir və bu, planet, onun ekosistemləri və insanlar arasındakı əlaqəni əks etdirir. Baş Assambleya BMT-nin bütün üzv dövlətlərini, beynəlxalq və qeyri-hökumət təşkilatlarını Beynəlxalq Ana Yer Gününü qeyd etməyə dəvət edərək, bu bayramın artıq bir çox ölkələrdə hər il qeyd olunduğuna diqqət çəkir.

Yer Günü şimal yarımkürəsində yazda, cənub yarımkürəsində isə payızda keçirilir. Həmin ümumdünya aksiyanın əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin, onun xüsusilə ətraf mühitinin problemlərinə cəlb etməkdir. Bu gün, həmçinin bəşəriyyətin mühafizəsi üçün qarşısında çətin vəzifələr haqqında məlumat əldə etmək imkanı verir.

Planetimiz haqqında vacib məlumatlar

Yer planetinin təxminən 4,5 milyard il yaşı olduğu təxmin edilir. Ekvator boyunca gəzərək Yer kürəsinin ətrafında dolaşmaq istəyirsinizsə, demək olar ki, 40.010 kilometrlik yolu qət etməli olacaqsınız.

Kaliforniyadakı Ölüm Vadisi və Liviyanın Əl-Əziziyə adlanan yeri Yer kürəsinin ən isti yerləri üzrə rekordçudur. Əl-Əziziyyə rekordu 57,8 (13 sentyabr 1922), Ölüm Vadisi rekordu 55,8 dərəcə Selsidir (1913-cü il 10 iyul).

Antarktida Yer kürəsinin ən soyuq yeri kimi tanınır - 1983-cü il iyulun 21-də Antarktidadakı “Vostok” tədqiqat stansiyasında -89 dərəcə selsi qeydə alınıb.

Yer kürəsi faydalı qazıntılarla inanılmaz dərəcədə zəngindir. Alimlər artıq 4 minə yaxın mineral növünü təsnif ediblər, onlardan 200-ə yaxını praktiki əhəmiyyət kəsb edir. Hər il 50-100 növ faydalı qazıntı aşkarlanır. Yerin bir təbii peyki var - adi gözlə görünən Ay.

55-ci ildönümünün sloqanı: Bizim gücümüz, bizim planetimiz...

22 aprel Yer Gününün qeyd edilməsi ənənəsi 1970-ci ildə ABŞ-da yaranıb, bu gün beynəlxalq tədbirə çevrilib. Üstəlik, hər il bu gün müəyyən mövzuya həsr olunur. Builki mövzu isə “Bizim gücümüz, bizim planetimiz” adlanır.

Hazırda təbiət əziyyət çəkir. Plastik çirklənmə nəticəsində okeanların turşulaşması baş verir. İqlim dəyişikliyi, antropogen amillər və meşələrin qırılması, torpaqdan istifadənin dəyişməsi, intensiv kənd təsərrüfatı və heyvandarlıq, brakonyerlik kimi biomüxtəlifliyi məhv edən qəbuledilməz təcrübələr planetin məhvini sürətləndirir.

Ekosistemlər Yerdəki bütün canlıları dəstəkləyir. Ekosistemimiz nə qədər sağlam olsa, planet və onun insanları bir o qədər sağlam olacaq. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğa son qoymağa, iqlim dəyişikliyi ilə mübarizəyə və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer Günü hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırladır.

Yer Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə bizim böyük ümumi evimizə minnətdarlığını bildirmək imkanı verir.

Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masa ətrafında toplaşırlar. Müxtəlif ölkələrdə konkret mövzuya həsr olunmuş fərqli tədbirlər təşkil edilir. Bunlara konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın dayandırılması, ərazinin təmizlənməsi və ağacların əkilməsi daxildir.

22 aprel 2025-ci ildə Yer Gününün 55-ci ildönümü qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlər 192 ölkəni və planetin bir milyarddan çox sakinini əhatə edir. Bu da həyatın bütün təbəqələrindən olan insanları daha yaxşı gələcək naminə birlikdə işləməyə cəlb etmək üçün Yer Gününün çoxdankı çağırış gücünü nümayiş etdirmək imkanı yaradır.

Fatimə Mərdanlı // EDnews 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
Hamısı