ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir.
“EDnews” xəbər verir ki, bu barədə Ağ ev rəhbəri Nyu-Cersi ştatından Vaşinqtona uçan təyyarəsində bildirib.
Agentliyin məlumatına görə, Amerika lideri Moskvaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanını "mütləq şəkildə nəzərdən keçirdiyini" deyib. Tramp həmçinin Rusiyanın Ukraynada obyektlərə son kütləvi zərbəsindən narazı olduğunu bildirib.