Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini İstanbulda sülh masası ətrafında bir araya gətirməyi arzuladığını açıqlayıb. Bu təşəbbüs beynəlxalq mediada geniş rezonans doğurub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Ərdoğanın bu təşəbbüsünə münasibət bildirib.
EDnews-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Zelenski görüş ideyasını dəstəklədiyini bildirib:
“Mən Prezident Ərdoğanın Türkiyədə ‘dördlük’ formatında – Türkiyə Prezidenti, Tramp, mən və Putin arasında görüş təşəbbüsünü dəstəkləyirəm. Lakin məndə belə bir təəssürat var ki, bu görüş nəticəsində atəşkəs əldə olunmayacaq”.
Zelenskinin bəyanatı, Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının perspektivlərinə və beynəlxalq vasitəçilik təşəbbüslərinə ehtiyatla yanaşdığını göstərir. Buna baxmayaraq, o, diplomatik cəhdlərə açıq olduğunu nümayiş etdirir.
Fatimə Şükürova // EDnews