Almaniyanın Xristian-Demokratik İttifaqından (XDİ) olan parlament üzvü Roderix Kizevetter Rusiyanın Almaniyadakı diplomatik və mədəni fəaliyyətlərinə qarşı daha sərt tədbirlərin görülməsini təklif edib.
Almaniyanın nüfuzlu "Handelsblatt" qəzetinin yaydığı məlumata görə, Kizevetter Berlində yerləşən "Rus evi"nin bağlanmasının və Rusiya diplomatlarının ölkədən çıxarılmasının vacibliyini vurğulayıb.
Parlament üzvü bu təklifini Moskvanın artan kiberhücumları və təxribat fəaliyyətləri ilə əsaslandıraraq bildirib:
"Biz qalan bütün agentləri və diplomatları ölkədən çıxarmalıyıq."
Təklif Almaniyada Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması və milli təhlükəsizliyin gücləndirilməsi məqsədilə gündəmə gəlib. Hazırda rəsmi Berlinin bu çağırışa necə reaksiya verəcəyi diqqətlə izlənir.
Fatimə Şükürova // EDnews