Pentaqon ABŞ Hərbi Hava Qüvvələri üçün "Lockheed Martin" şirkətindən satın alınan "F-35" qırıcılarının sayını iki dəfə azaltmaq qərarına gəlib.
"EDnews" "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, əgər ötən il 48 təyyarə alınmışdısa, bu il Pentaqon cəmi 24 təyyarə ilə kifayətlənəcək.
Pentaqonun bu addımı müdafiə naziri Pit Heqsetin yaxın beş ildə ABŞ-nin hərbi xərclərini səkkiz faiz azaltmaq planına müvafiq olaraq nəzərdən keçirilməsi ilə bağlıdır.