imali Koreya ilə Cənubi Koreya arasındakı sərhəddə (38-ci paralel) səsli təbliğat yayımı dayandırılıb.
“EDnews” xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi (BQRK) məlumat yayıb.
Bildirilir ki, bu addım Cənubi Koreyanın səsli təbliğat kampaniyasını dayandırmasına cavab olaraq atılıb.
Qeyd olunub ki, iyunun 12-si səhəri etibarilə Şimali Koreya tərəfindən Cənub istiqamətində heç bir səs yayımı qeydə alınmayıb. Ən son səsli yayım iyunun 11-i, çərşənbə günü axşam saatlarında baş verib.
Cənubi Koreya Silahlı Qüvvələrinin məlumatına görə, səsli təbliğatların dayandırılması ölkənin yeni prezidenti Li Çje Myonun seçkiqabağı verdiyi vədlərə əsasən həyata keçirilib.