Nyu- York şəhərində baş vermiş güclü partlayış terror aktıdır.
"Eurasia Diary" BBC-yə istinadən xəbər verir ki, bunu qubernator Andryu Cuomo deyib.
Nyu-York şəhərinin mərkəzində baş vermiş partlayış nəticəsində 29 nəfər yaralanıb.
Hadisənin hansısa beynəlxalq təşkilatla əlaqəsi hələ ki məlum deyil.
Bundan əvvəl şəhər meri Bill de Blasio hadisəni "beynəlxalq akt" kimi qiymətləndirib.
Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərələri sınıb. Həmin rayonda daha sonra digər bir partlayıcı qurğu aşkarlanıb.
Yaralıların əksəriyyəti kəsik və digər yüngül xəsarətlər alıblar.