“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 52 il davam etmiş müharibədən sonra atəşkəsə dair tarixi sülh sazişinin imzalanması mərasimi bu gündür.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, mərasimə BMT-nin baş katibi Pan Gi Mun və sülh müqaviləsinin imzalanmasında elçilik edən Kuba lideri Raul Kastro da qatılacaq.
2012-ci ilin noyabrında müzakirə masasına oturan tərəflər avqustun 25-də sülh müqaviləsi bağlamağa qərar veriblər