İranın Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə endirdiyi bəzi cavab zərbələri hədəfə çatıb.
EDnews xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasındakı adları açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ və müttəfiqləri İranın hücumlarının əksəriyyətinin qarşısını ala biliblər. Bununla belə, bəzi raketlər hədəflərə çatıb. ABŞ rəsmilərinin sözlərinə görə, zərbələr nəticəsində minimal maddi ziyan dəyib, insan itkisi qeydə alınmayıb.
Qeyd olunur ki, İran dövlət televiziyası daha əvvəl ABŞ-nin hücumlarına cavab olaraq İranın Küveytdə ABŞ-yə məxsus “Patriot” hava hücumundan müdafiə sistemini məhv etdiyini iddia etmişdi.
İran tərəfi, həmçinin Qətərdə erkən xəbərdarlıq radar sisteminin, Bəhreyndə yerləşən ABŞ hərbi bazasında isə yanacaq saxlama çənlərinin vurulduğunu bildirib.







