Bakıda baş verən silahlı insident zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
EDnews xəbər verir ki, ölən şəxs 44 yaşlı Amalya Qəhrəmanova, xəsarət alan isə 43 yaşlı Zaur Qəhrəmanovdur.
***
Bakıda qətl hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə Nəsimi rayonu, “Şamaxı yolu" adlanan ərazidə baş verib.
Kişinin küçədə arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.
Qadın hadisə yerində ölüb. Xəsarət alan kişi isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.





