Məşhəd şəhərində İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi keçirilir.
EDnews xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Xameneinin cənazəsi ilə matəm yürüşü Məşhədin əsas küçəsi olan İmam Rza küçəsi ilə dəfn yerinə doğru hərəkət edir.
Yürüşə qırmızı bayraqlar və Xameneinin portretləri ilə qatılmış sakinlər müxtəlif şüarlar səsləndirirlər.






