Kütləvi İnformasiya Vasitələrinin verdiyi məlumatda bildirilir ki, Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib.
İnformasiyaya görə, bu haqda ölkə prezidenti Txin Çjo qərar imzalayıb.
Xatırladaq ki, 1950-ci ildə Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra Myanmada (o vaxtlar Birma adlanırdı) fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin rejimə əsasən, dövlətə xəyanət edənlər edam olunurdu, cəmiyyətin mənəviyyatını pozan yanlış informasiya yayanlar isə uzun müddətə azadlıqdan məhrum edilirdi.
Qeyd edək ki, 2015-ci ildə parlament seçkilərində qalib gəlmiş Demokratiya uğrunda Milli Liqanın nümayəndəsi Txin Çjo 2016-cı il martın 30-dan ölkənin prezidentidir.