Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun 2017-ci martında 70 yaşı olması ilə əlaqədar o, yaxın zamanda istefaya gönRusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun 2017-ci martında 70 yaşı olması ilə əlaqədar o, yaxın zamanda istefaya göndərilə bilər.
Məlumata görə, qeyd olunan vəzifəyə artıq bir neçə məmurun namizədliyi nəzərdən keçirilir. Onların arasında Rusiyanın Çindəki səfiri Andrey Denisov, prezidentin mətbuat katibi Dmitri Peskov və XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı var.
Uşakovun özünün Avropa ölkələrindən birinə səfir təyin ediləcəyi istisna olunmur.