"Eurasia Diary" RİA Novosti agentliynə istinadən məlumat verir ki, Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır.
Bu barədə Almaniya kansleri Angela Merkel "Normand dördlüyü” liderlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.
Qeyd edək ki, “Biz açıq şəkildə bildirdik ki, Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır. O məsuliyyət ki, tək bu gün deyil, uzunmüddətli perspektivdə də qüvvədə qalmalıdır. Rusiya humanitar və siyasi sahələrdə mühüm qərarlar verməlidir”, deyə A.Merkel bildirib.