"Eurasia Diary" məlumat verir ki, "Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışlayır". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Belə ki, "Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər" - M.Zaxarova bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.