"Eurasia Diary" xarici KİV-ə istinadən məlumat verir ki, Mərakeşdə hakimiyyət əleyhinə kütləvi aksiyalar başladı. Ölkənin paytaxtı Rabat, şəhərləri Kasablanka və Əl-Hoseymada kütləvi aksiyalar davam edir.
Qeyd edək ki, aksiyalara səbəb polisin davranışı olub. Belə ki, polis Əl-Hoseyma şəhərində Muhsin Fikri adlı balıqsatanın satdığı balığı zibil maşınına atıb. Muhsin Fikri isə balığı götürmək üçün maşının içinə daxıl olarkən zibilsıxan kompressorları arasında qalaraq həlak olub.