Dubayın mərkəzində regionun ən böyük və çoxfunksiyalı üstüörtülü arenası inşa ediləcək.
Yerli KİV-in məlumatına görə, 46 min kvadratmetr sahəsi olan 20 min nəfərlik arenanın tikintisinin 2018-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Havalandırma sistemi ilə təchiz edilmiş stadion böyük konsertlərin, idman və əyləncə tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.