Dünyaca məşhur Hollivud ulduzu Stiven Siqal Rusiya vətəndaşlığı almaq üçün prezident Vladimir Putin qarşısında sənəd imzalayıb.
"Eurasia Diary" Reuters-ə istinadən xəbər verir ki, prezident Vladimir Putin pasportu Stiven Siqala şəxsən təqdim etdikdən sonra onu təbrik eləyib.
Rusiya dövlət başçısı çıxışında bildirib ki, bu mərasimin Moksva və Vaşinqton arasındakı əlaqələrin normallaşmasına kömək edəcəyinə ümid edir. Dünyaca məşhur aktyor dəfələrlə Rusiya vurğunu olduğunu bəyan edib və onun çəkildiyi kinolar Rusiyada maraqla izlənilir.
Stiven Siqal Rusiya vətəndaşlığını alan ilk aktyor deyil, ondan öncə Fransız Jerar Depardyeyə Putin tərəfindən Rusiya pasportu təqdim olunub.