Merkel Türkiyəyə etiraz etdi | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Merkel Türkiyəyə etiraz etdi

Dünya A- A A+
Almaniya kansleri Angela Merkel, rəhbərlik etdiyi Xristian-Demokratik Birlik partiyasının qarşısında çıxışı zamanı Türkiyənin Aİ üzvlüyünə dair yeni danışıqların başlanmasının əleyhinə olduğunu bəyan edib.
 
Bu barədə məlumat “Bild” qəzatinin noyabrın 30-da dərc ediləcək sayında yer alıb.   
 
Nəşr partiyanın iclasında iştirak etmiş mənbələrə istinadən bildirir ki, bu,  müzakirələrin, faktiki olaraq, sona çatması deməkdir.
 
Bundan başqa bildirilir ki, Merkel bu məlumatı partiyanın Türkiyənin Aİ üzvlüyünə dair mövqeyi ilə maraqlanan seçicilərə çatdırmağı tapşırıb.   
 
Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dayandırılması haqqında qətnamə qəbul edib. Qərar Ankarada sərt reaksiyaya səbəb olub. Türkiyənin baş naziri Binəli Yıldırım sənədin ölkəsi üçün heç hüquqi qüvvəyə malik olmadığını bildirib.  

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...