İsraildə kimliyi hələ müəyyən olunmayan xakerlər tərəfindən ələ keçirilən iki rəsmi televiziya kanalında bir müddət azan verilib.
İsrailin "Kanal 2" və "Kanal 10" adlı televiziya kanalları dünən gecə qısa müddətə xakerlərin əlinə keçib. Sözügedən kanallarda bir neçə dəqiqəliyinə Əqsa məscidi görüntüsü fonunda azan səsi və ölkədəki yanğınlara dair görüntülər yayımlanıb. İsrail mediasında yer alan xəbərlərdə sözügedən hadisənin bu gün Knessetdə səsverməyə çıxarması gözlənilən azan qadağası layihəsindən öncə meydana gəlməsinə diqqət çəkilib.