Almaniyanın kansleri Angela Merkel Almaniyada qanuni olaraq mümkün olan hər yerdə niqaba qadağa tətbiq olunması üçün müraciət edib.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, lideri olduğu Xristian Demokratların (CDU) Essende keçirilən 29-ci qurultayında danışan Almaniyanın Baş Naziri Merkel "Qanuni olaraq mümkün olan hər yerdə üzün tamamilə örtülməsi qadağan olunmalıdır" deyərək niqaba qadağa qoyulmasına çağırıb.
Merkelin yaxın iş yoldaşlarından Almaniyanın Daxili İşlər Naziri Tomas de Maiziere avqust ayında verdiyi bəyanatda niqabın qismən qadağan olunacağını söyləmişdi.