Yoxsulluğa və Ədalətsizliyə Qarşı Mübarizə Beynəlxalq Təşkilatı (Oksfam) ayrı-ayrı ölkələrin və regionların iqtisadiyyatına daha çox mənfi təsir göstərən ən pis ofşor zonaların siyahısını nəşr edib.
Siyahıya Bermud və Kayman adaları, Niderland, İsveçrə, Sinqapur, İrlandiya və Lüksemburq kimi vergi limanları daxil edilib. Sözügedən siyahı “ziyanlı və qeyri-məhsuldar” vergi siyasətinin aparılması dərəcəsinə uyğun tərtib olunub.
Oksfam təmsilçilərinin sözlərinə görə, bir çox ölkələrin hökumətləri ciddi qalmaqallara cəlb ediliblər. Buna misal kimi, İrlandiya hökumətinin “Apple” şirkəti ilə korporativ vergilərin “xüsusi şərtləri” haqqında razılaşmasını göstərmək olar.