Merkel Trampla proteksionizm siyasətinin təhlükəsi haqda danışacaq | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkel Trampla proteksionizm siyasətinin təhlükəsi haqda danışacaq

Dünya A- A A+
Almaniya baş naziri Angela Merkel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla gələcəkdə keçirəcəyi görüşdə iqtisadiyyatda proteksionizm siyasətinin təhlükəsi barədə müzakirə aparmağı planlaşdırır.
 
APA-nın “Deutsche Welle” telekanalına istinadən verdiyi məlumata görə, A. Merkel bunu dünən Xristian-Demokrat Partiyasının rəhbərliyinin qapalı iclasında bəyan edib.
 
D. Tramp seçkiqabağı kampaniyası zamanı çıxışlarında sərfəli olmayan beynəlxalq ticarətdə dair müqavilələri ləğv edəcəyini, Çin və Meksikadan idxalı məhdudlaşdıracağını bəyan edib. A. Merke lisə hesab edir ki, beynəlxalq əməkdaşlıq hər kəsin öz problemini təkbaşına həll etməkdən daha yaxşıdır. Baş nazir  2008-ci ildəki maliyyə böhranının da beynəlxalq əməkdaşlığın zəruri olduğunu sübut etdiyini vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...