Terror hücumlarının etnik və dini cəmiyyətlər arasındakı əlaqələrə təsiri Artum Dinc

Analitika 12:08 01.04.2016

Artum Dincin "Terror hücumlarının etnik və dini cəmiyyətlər arasındakı əlaqələrə təsiri" mövzusunda müsahibəsi:

Artum Dinc kimin tərəfindən və ya hansı etnik-məzhəbi qrupa qarşı həyata keçirildiyindən asılı olmayaraq, mülki əhaliyə qarşı terror hücumlarının insanlığa qarşı törədilən cinayət olduğunu deyir. Terror aktlarının etnik və dini qruplar arasındakı münasibətlərə təsirini dəyərləndirən təbrizli sosioloq həm hücumları həyata keçirən qrupları, həm də hücumların hədəf aldığı kütləni “mənsubu göründüyü etnik ya məzhəbi kimlik adına ümumiləşdirməyin” doğru olmadığını önə çəkir. O, bəzi mətbuat orqanlarında işlədilən “kürd terrorçu” ya “müsəlman terrorçu” kimi ifadələrin yanlış olduğunu vurğulayır.

Artum Dincin sözlərinə görə, PKK, İŞİD ya Hizbullah kimi qrupların fəaliyyətlərini müəyyən etnik ya məzhəbi qrup adına ümumiləşdirmək terror təşkilatlarının xalqların legitim təmsilçisi kimi təqdim edilməsinə yol aça bilər:

“Deyək ki, PKK ya da onun İrandakı qolu PJAK qanlı bir akt gerçəkləşdirdi. Bu qanlı aktın kürdlər ya da kürd terrorçular adına əks edilməsi, bir baxımdan bütün kürd xalqını, PKK ya PJAK mənsubları olaraq damğalamaq mənasına gələr. Bu xətalı adlandırma əslində bu təşkilatlar və onları dəstəkləyən güclərin çörəyinə yağ sürtmək olar və PKK kimi təşkilatları bütün kürd xalqının legitim təmsilçisi mövqeyinə gətirib çıxara bilər ki, PKK-nın hədəfi də budur. Halbuki, bir çox mülki kürd vətəndaş PKK-nın qanlı zorakılıqlarının qurbanı olmuş və həyatını itirmiş, ya ciddi zərərlərə uğramışdır. Bu vəziyyət eyni biçimdə DAİŞ (İŞİD), sünnilər, Hizbullah, şiələr və hətta bütün müsəlmanlar, xristianlar və digərləri üçün də keçərlidir.”

O, eyni şəkildə terror təşkilatlarının hədəf aldığı insanları da müəyyən bir cəmiyyət adına ümumiləşdirməyin xəta olduğunu vurğulayır:

Türk qüvvələri Diyarbəkir-Bingöl yolunda partladılmış avtobusu nəzərdən keçirir. 18 fevral, 2016.

Türk qüvvələri Diyarbəkir-Bingöl yolunda partladılmış avtobusu nəzərdən keçirir. 18 fevral, 2016.

“PKK və ya onun İrandakı uzantısı PJAK-ın müki əhaliyə qarşı həyata keçirdiyi qanlı aktların hədəfi biriləri tərəfindən bütün türklər, ya bütün ərəblər və ya bütün farslar olaraq göstərildiyi təqdirdə; və ya DAİŞ-in silahlı fəaliyyətlərinin hədəfi bütün şiələr ya da sələfi olmayan bütün sünnilər olaraq göstərildiyi təqdirdə; demək ki biriləri bir şeyləri bəhanə edərək bu xalqları bir-birinə düşmən etmək və aralarında qalıcı qarşıdurma vəziyyətləri yaratmaq istəyir. Əslində, harada olarsa olsun, nə zaman işlənərsə işlənsin, kimin əli ilə gerçəkləşirsə gerçəkləşsin, sivil xalqa qarşı qanlı bir hücum, bir etnik və ya məzhəbi qrupa qarşı deyil, bəlkə bütün insanlığa qarşı işlənmiş bir cinayətdir.”

Onun söylədiklərinə görə, “hər iki ümumiləşdirmə şəklində də xətalı qavramlaşdırma və adlandırma məsələsi vardır. Bu iki yönlü xətalı adlandırmanın əsas funksiyası, fərqli kimliklərə mənsub kütlələr arasında uzun sürəli və qalıcı bir biçimdə nifrət, kin və düşmənlik toxumları sərpməkdir. Bunun ehtimalı nəticələrindən biri də savaş ola bilər. Savaş da fəlakət və yıxım gətirər və qan axıdar. Bu meydandan, üz-üzə savaşan bütün tərəflər zərərli çıxarkən, savaşdıran tərəflərin qazanclı çıxma ehtimalı yüksək görünməkdədir.”

Əslində, harada olarsa olsun, nə zaman işlənərsə işlənsin, kimin əli ilə gerçəkləşirsə gerçəkləşsin, sivil xalqa qarşı qanlı bir hücum, bir etnik və ya məzhəbi qrupa qarşı deyil, bəlkə bütün insanlığa qarşı işlənmiş bir cinayətdir.

Türkiyədə yaşayan sosioloq bu mövzular haqqında yayımlanan məlumatın doğruluq və gerçəklik dərəcəsini müəyyənləşdirmək üçün bir neçə faktor o cümlədən, məlumatın mənbəyi, onların hansı söyləm/diskursiya çərçivəsində təqdim edilməsi, məlumatı yayanların hansı güc mərkəzi ya mərkəzlərinə bağlı olması, bu güc mərkəzlərinin ideoloji görüşləri və onların mənfəət tərifləri və hədəflərinin diqqətə alınmasının zəruri olduğunu qeyd edir.

Artum Dinc habelə bu məlumatın təhrif edilməsi və media tərəfindən yayımlanan yanlış adlandırmaları önləməyin yolları və bu istiqamətdə aydınlar, fikir öndərləri və ya sosial mediada fəal olan qrupların üzərinə düşən vəzifə haqqında danışıb:

“Bu təhrifləri önləməyin yolları, xətalı və təhrif edilmiş qavramlaşdırma və ya adlandırmaları təkrarlamamaq (kopyala və yapışdır şəklində olmaz); xətali və təhrif edilmiş qavamları deşifr etmək və bildirmək; mümkün olduqca, gerçəkliyi olduğu kimi əks edən qavamları işlətmək; bəlli vəziyyət və ya prosesləri açıqlamaq üçün dilimizdə uyğun qavam sıxıntısı varsa, yeni qavramlar gəlişdirmək; ideoloji, dini, söyləmsəl və bunlar kimi modellərin korlaşdırıcı yönlərinə diqqət çəkməkdən ibarətdir.”


"Amerikanınsesi"

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
İ.Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
12:43 21.05.2025
Kuba Prezidenti İlham Əliyevi təbrik edib
12:36 21.05.2025
Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
12:31 21.05.2025
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
12:25 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir
12:18 21.05.2025
İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
12:13 21.05.2025
Sabah 29 dərəcə isti olacaq
12:07 21.05.2025
Prezident: ''Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıda bilmələri ilə bağlı mövqe ifadə etməlidir''
12:03 21.05.2025
Lavrov: Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı tərəfdir
11:57 21.05.2025
IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
11:53 21.05.2025
Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı torpaqlarına qayıdışının təmini sülh üçün vacib faktordur
11:42 21.05.2025
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb
11:35 21.05.2025
İ. Əliyev: Azərbaycan və Türkiyənin hüquq prinsiplərinə sadiqliyi sabitliyin təmin olunması üçün zəmin yaradır
11:29 21.05.2025
Bakıda “Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
11:24 21.05.2025
İ. Əliyev Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
11:20 21.05.2025
Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək
11:16 21.05.2025
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilir
11:12 21.05.2025
İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
11:07 21.05.2025
İlham Əliyevin Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
11:04 21.05.2025
Azərbaycan “Tel Aviv EAT 2025” Qida Festivalında təmsil olunur
10:53 21.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib
10:49 21.05.2025
Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib
10:46 21.05.2025
İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
10:41 21.05.2025
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak üçün Ankarada səfərdədir
10:38 21.05.2025
Ankarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub
10:34 21.05.2025
Türk dünyası qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir
10:29 21.05.2025
Azərbaycan Türk dünyasının inkişafı baxımından çox mühüm ölkədir
10:21 21.05.2025
Azərbaycan və Uruqvayın ali təhsil müəssisələri diplomatik əməkdaşlıq edəcəklər
10:16 21.05.2025
Bakıda minifutbol üzrə dünya çempionatı başlayır
10:11 21.05.2025
Hamısı