Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.
Nazirlikdən EDnews'a bildirilib ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox nümayəndənin iştirakı gözlənilir.
Mədinə Məmmədova//EDnews