Ankarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub

Mədəniyyət 10:34 21.05.2025

Mayın 20-də Ankarada Türkiyə Jurnalistlər Cəmiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “İnsan Qəlbi ilə Heydər Baba” adlı kitabın təqdimat və imza-sessiya mərasimi keçirilib.Deputat, həmçinin Azərbaycanın reallıqlarının beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayan türk media nümayəndələrinin səylərini yüksək qiymətləndirib.

EDnews xəbər verir ki, tədbir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Tədbiri açan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı jurnalistika peşəsini “müqəddəs” adlandıraraq, kitabın müəllifi professor Aysel Sadak İltaşa Azərbaycanın dahi oğlu barədə dəyərli əsəri üçün təşəkkür edib.

Xalq şairi bildirib ki, Aysel Sadak İltaş kimi jurnalistlər sayəsində dahi Heydər Əliyevin irsi və onun Azərbaycan dövlətçiliyinin xilası və quruculuğundakı rolu Türkiyə oxucusuna geniş şəkildə çatdırılır. “Ölkələrimiz arasında yeni bir körpü olan bu əsərin təqdimatında iştirak etmək mənim üçün qürur və sevinc mənbəyidir”, – deyə S.Rüstəmxanlı vurğulayıb.Daha sonra çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev haqqında xatirələrini bölüşüb.

O qeyd edib ki, Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” ifadəsi illər keçsə də iki qardaş ölkə arasındakı münasibətləri ən dəqiq şəkildə ifadə edir. “Onun SSRİ-nin 12 nəfərlik Siyasi Bürosuna seçilməsi şəxsiyyətinin nə qədər böyük olduğunun göstəricisidir. O, Türk dünyasının əsl ağsaqqalı, müdrik siyasətçisi idi. Ondan çox şey öyrənmək mümkün idi”, – deyə H.Çətin bildirib.

Keçmiş nazir vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu əvəzolunmazdır. “Mənə bu böyük insanla saatlarla söhbət etmək nəsib olub. Onun Azərbaycanın inkişafındakı rolu əvəzolunmazdır”, – deyə Çətin qeyd edib.Türkiyənin ATA partiyasının baş katibi Namik Kamal Zeybek isə öz növbəsində deyib ki, Türk dünyasında birliyin və koordinasiyanın əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub.

Siyasətçi vurğulayıb ki, bu uzaqgörən siyasətçi ilə dəfələrlə görüşüb və onun fikirlərinə keçmiş SSRİ hüdudlarından kənarda da böyük dəyər verilirdi. “Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onun bircə bəyanatı ölkənin qarşısında duran təhlükə və çağırışların həllinə kifayət edirdi”, – deyə N.K.Zeybek bildirib.

İYİ partiyasının deputatı Ayüce Türkeş isə çıxışında müasir dövrün çağırışları fonunda Heydər Əliyevin irsinin və vəsiyyətlərinin əhəmiyyətinin daha aydın dərk edildiyini qeyd edib. “Heydər Əliyev bu gün Türkiyə–Azərbaycan münasibətlərinin əsasını qoyan şəxsiyyətdir. O, Türk dünyasının birliyinin vacibliyini illər öncə görmüşdü”, – deyə A.Türkeş vurğulayıb.Tədbirin sonunda kitabın müəllifi, Türkiyə jurnalistikasının veteranı, professor Aysel Sadak İltaş çıxış edib.

O, böyük siyasətçinin dostlarının və tanışlarının xatirələri vasitəsilə Heydər Əliyevin şəxsiyyətini oxuculara çatdırmağa çalışdığını deyib. “Kitab üzərində işləyərkən yüzlərlə insanla görüşdüm. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, hər kəsin qəlbinə toxunmağı bacarırdı”, – deyə professor bildirib. O qeyd edib ki, onun ailəsi vaxtilə Şərqi Anadoluya Azərbaycandan köçüb.

Mədinə Məmmədova//EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir
14:30 04.07.2025
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
14:15 04.07.2025
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
14:00 04.07.2025
Prezident İlham Əliyev və Pakistanın Baş Naziri Xankəndidə görüşdü
13:55 04.07.2025
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
13:45 04.07.2025
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
13:20 04.07.2025
Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:01 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
Hamısı