"“Ali baş komandanın əmrini gözləyirik” ifadəsinin arxasında peşəkarlıq dayanır" Polkovnik

Analitika 18:45 05.08.2017
Məlum olduğu kimi, Qazaxıstanın Otar hərbi bazasında təşkil edilən snayper yarışında Azərbaycan hərbçiləri növbəti mərhələyə daxil olub, zəif nəticə göstərən Ermənistanın isə yarışı dayandırıb. 
 
Hərbçilərimizin bu uğuru bütövlükdə ordumuzun Ermənistan Silahlı Qüvvələrindən peşəkarlıq baxımından əhəmiyyətli dərəcədə üstün olmasının növbəti nümunəsi kimi dəyərləndirilə bilərmi?
 
Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzun digər yarış və tədbirlərdə də ciddi nəticələr göstərdiyinə diqqət çəkdi:
 
“Yalnız Qazaxıstanda keçirilən bu tədbirdə deyil, NATO dövlətlərinin keçridiyi tədbirlərdə, sülhməramlı qüvvələr çərçivəsindəki fəaliyyəti fonunda da Azəbaycan Silahlı Qüvvələri öz peşəkarlıqları ilə fərqlənirlər. Rusiyada tankçılar arasında keçirilən yarışlarda da Azərbaycan tankçıları erməni tankçılarından üstün oldular. 
 
SQ-mizin peşəkarlığı xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Türkiyədəki təlim və tədbirlərdə də SQ-mizə yüksək qiymət verilib. Türkiyə SQ-nin nümayəndələri bizim əsgərlərin xidmətini görəndə, onlarla ünsiyyətdə olanda həmişə fərəh keçirir, ordumuzun döyüş əhval-ruhiyyəsinin yüksəkliyini qeyd edirlər. 
 
Təbii ki, biz öz düşmənimizdən üstün olmalıyıq. Bizim qarşımızda mühüm bir vəzifə durub. Bu vəzifə isə Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Bu səbəbdən də bizim Müdafiə Nazirliyinin rəhbərliyi də daim səngərlərdə, daim təlim meydanlarındadır. Hərbi hissələrimiz bir təlimdən çıxıb digər təlimə girirlər. Həm daxili, həm də xarici təlimlərdə aktiv iştirak edirlər. Dənizdə də bu təlimlərə qoşulmuşuq. Harda SQ-lər arasında yarış varsa, ölkəmizin SQ-ri məharət və həvəslə bu yarışda iştirak edirlər. Onlar bu yarışlarda həm də ona görə iştirak edirlər ki, özlərinə, öz peşəkarlıqlarına inanırlar. Biz bununla həm də düşmənə, eləcə də digər dövlətlərə göstəririk ki, Azərbaycan SQ-ri sadəcə yüksək texnika, silah gücünə görə diqqət çəkmir. Ölkəmizin SQ-rinin nümayəndələri həm də öz peşəkarlığı ilə güclüdür. 
 
Hərbçilərimizin yarışlarda göstərdiyi nəticə ordumuzun durumunu, onun hazırlıq səviyyəsini göstərir. Bu onu göstərir ki, müdafiə nazirindən tutmuş əsgərə kimi “ali baş komandanın əmrini gözləyirik” ifadəsini boş yerə işlətmirlər. Müdafiə Nazirliyi döyüş hazırlığının yüksəldilməsinə daim diqqət yetirir, bu və digər məsələləri nəzarətdə saxlayır. 
 
Bütün bunlar göstərir ki, ordumuz ona verilən istənilən tapşırığı yerinə yetirməyə qadirdir və peşəkarlığını mütəmadi surətdə artırır.  Bu isə torpaqları işal altında olan ölkə olaraq Azərbaycan üçün olduqca vacibdir”.(moderator.az)
Paris Şuşada təslim oldu

Xəbər xətti

Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Hamısı