Qərbin İkili Standartları: Azərbaycan Kontekstində İkiüzlü Ədalət

Analitika 16:24 16.06.2025

Qərb dünyası son iki əsrdir özünü bəşəriyyətin vicdanı, qanunun və hüququn ali qoruyucusu, azadlıq və ədalətin yeganə təminatçısı kimi təqdim edir. Bu mövqedə Qərb,təkcə siyasi yox, həm də fəlsəfi nüfuz üzərində inşa etdiyi  dəyərlər qalası tikib. Lakin bu qalanın sütunlarında dərin çatlar var – və həmin çatlar bəşəri ədalətin yox, maraqların formasını alıb. “Hüquq hamı üçün eynidir” prinsipi, Qərbin siyasi maraqlarına toxunmayanlara şamil edilir. Qalanlar isə ya susdurulur, ya da damğalanır. Azərbaycan bu selektiv ədalətin, bu etikasız etik sistemin canlı şahidlərindən biridir.

Azərbaycanın yerləşdiyi geosiyasi koordinatlar – Şərqlə Qərb arasında körpü, enerji yolları üzərində yerləşən, müsəlman, türk və müasir dövlətçilik modelini daşıyan bir ölkə – Qərb üçün həm cazibədar, həm də narahatedici  təsirdir. Onunla əməkdaşlıq etmək istəyirlər, amma öz şərtləri ilə. Onun müstəqil davranışını görmək istəmirlər, çünki bu davranış Qərbin universal hegemoniyasına uyğun gəlmir. Beləcə, bir paradoks yaranır: Azərbaycan beynəlxalq hüquq normalarını dəstəkləyəndə belə, "yetərincə demokratik" sayılmır, amma qonşuları eyni prinsipləri pozanda Qərb onlara göz yumur.

Bu məqalə, Qərbin Azərbaycana qarşı yürüdülən ikili standartlar siyasətini  tək siyasi ittiham kimi yox, həm də fəlsəfi və strateji  məsələ kimi araşdırır. Burada təkcə “ikili standartlar” deyil, “standartların ikiləşdirilməsinin fəlsəfəsi” şərh olunur.

Qarabağ məsələsində susqunluq və seçici empatiya
Qarabağ problemiadi ərazi münaqişəsi yox, həm də Qərbin beynəlxalq hüquqa münasibətindəki əxlaqi test idi — və təəssüf ki, Qərb bu testi keçə bilmədi. 30 il boyunca Ermənistan BMT-nin dörd qətnaməsini açıq şəkildə pozaraq Azərbaycanın ərazilərini işğal etdi. Bu müddətdə Qərbin dominant siyasi dairələri, böyük beynəlxalq təşkilatlar və nüfuzlu KİV-ləri ya hadisələri “tərəflər arasında mübahisə” kimi təqdim etdi, ya da mövzunu gündəmdən uzaq tutdu. Yəni hüququn yox, balanslı görünmənin tərəfini tutdular. Bu isə balans yox, etik bitərəfliyin arxasında gizlənən siyasi tərəfkeşlik idi.

Bəs bu susqunluğun səbəbi nə idi? Cavab sadədir: Azərbaycanın Qərbin strateji orbitində tam asılı və idarəolunan  dövlət olmaması, öz enerji resurslarını və geosiyasi mövqeyini müstəqil şəkildə idarə etməsi. Əgər Azərbaycan tam şəkildə Qərb orbitində dövr edən  peyk olsaydı, çox güman ki, bu işğalın adı da, münasibəti də fərqli olardı. Amma Qərb üçün maraqlar – hüquqdan, ədalətdən və hətta humanizmdən də vacibdir.

Müqayisə üçün Ukrayna müharibəsindəki davranışa baxaq. Burada bir neçə ay ərzində beynəlxalq hüququn pozulması faktına görə Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdi, Ukraynaya hərbi və maliyyə dəstəyi göstərdi. Azərbaycan isə 30 il bu dəstəyi gözlədi – amma görmədi. Deməli, Qərb “münaqişənin hüquqi tərəflərini” deyil, onun geosiyasi məna yükünü dəyərləndirir. Bu isə seçici empatiyanın və relativ ədalətin bariz nümunəsidir.

Enerji əməkdaşlığı və riyakarlıq
Azərbaycanın neft və qaz resursları, Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. TAP və TANAP layihələri vasitəsilə Azərbaycan Avropaya alternativ enerji mənbəyi təqdim edərək, Qərb üçün həyati tərəfdaşa çevrilib. Ancaq bu əməkdaşlıq real maraqlara əsaslansa da, siyasi ritorikada Qərbin riyakarlığı ilə müşayiət olunur. Belə ki, Azərbaycan Qərbə enerji ötürərkən “tərəfdaş”, amma öz milli maraqlarını və suveren mövqeyini ifadə edəndə “avtoritar rejim” kimi damğalanır.

Bu riyakarlıq daha da qabarıq şəkildə Səudiyyə Ərəbistanı və Qətərlə müqayisədə üzə çıxır. Bu ölkələrdə demokratik institutlar formal xarakter daşıyır, qadın hüquqları və insan azadlıqları ciddi şəkildə məhdudlaşdırılır. Lakin bu dövlətlər Qərblə əməkdaşlıq edəndə onlara “strateji müttəfiq” statusu verilir. Azərbaycan isə eyni əməkdaşlığı göstərsə də, bu statusdan məhrumdur. Səbəb aydındır: Azərbaycan Qərbin diktəsinə yox, dialoqa əsaslanan münasibət istəyir. Bu Azərbaycanın paradiqmasından müstəqil siyasi mövqedir, Qərb üçün isə təhlükəli nümunə.

Beləliklə, enerji diplomatiyası Azərbaycan üçün təkcə iqtisadi yox, həm də etik-siyasi mübarizə sahəsinə çevrilib. Qərbin ikili standartları isə burada yalnız riyakarlıq deyil, maraqları dəyərlərdən üstün tutan amoral realizmin klassik təzahürüdür.

Medianın azadlığı və siyasi imic mühəndisliyi
Azad media – Qərbin özünü təqdim etdiyi “etik imperiyanın” ən önəmli silahıdır. Amma bu silah bəzən informasiya, bəzənsə dezinformasiya topuna çevrilir. Azərbaycanın media mühiti ilə bağlı Qərbdə yayılan qiymətləndirmələrin əksəriyyəti kontekstual yox, ideoloji filtrdən keçmiş, seçici və məqsədyönlü bir konturun içində təqdim edilir.

Məsələn, “Freedom House”, “Reporters Without Borders” və digər nüfuzlu təşkilatlar Azərbaycanı hər zaman “qismən azad” və ya “azad olmayan” ölkələr sırasında göstərir. Amma burada sual yaranır: bu ölçülər niyə Ermənistana və ya daha avtoritar rejimlərə tətbiq olunmur, ya da daha yumşaq tonla təqdim olunur?

Ermənistanda müharibədən sonra yaranan revanşist, anti-türk ritorika ilə dolu yüzlərlə media orqanı fəaliyyət göstərir. Bu platformalarda nifrət nitqləri, saxta xəbərlər, yalançı tarix təbliğ olunur. Amma Qərb bu mənbələrə “milli emosiyalar”, “post-münaqişə sindromu” deyə yumşaq etiketlər yapışdırır. Azərbaycana gələndə isə fərdi istisnalar struktur problemi kimi təqdim edilir. Bu,  ikili standart deyil – siyasi imic mühəndisliyinin özüdür.

Qərbin informasiya siyasəti, faktların təqdimindən çox onların necə təqdim olunduğuna əsaslanır. Yəni məzmun yox, narrativ vacibdir. Azərbaycan bu narrativlərdə öz suveren mövqeyini qoruduqda, Qərb mediası tərəfindən ya demonizasiya olunur, ya da “çətin tərəfdaş” kimi etiketlənir. Bu, müstəqilliyə qarşı yumuşaq təzyiq üsuludur və “söz azadlığı” maskası altında aparılır.

İnsan hüquqları və selektiv humanizm
İnsan hüquqları Qərbin ən sevdiyi ritorikal dəyərdir – amma bu dəyərin necə və kimə tətbiq olunduğu əslində onun universal yox, selektiv xarakter daşıdığını sübut edir. Azərbaycanla bağlı yayılan hesabat və bəyanatlarda insan hüquqları məsələləri davamlı olaraq gündəmə gətirilir. Bu məsələlərin bir hissəsi obyektiv reallıqlara söykənsə də, çox zaman kontekstdən qoparılmış və siyasi məqsədlərlə yönləndirilmiş formada təqdim edilir.

Məsələn, Azərbaycanda hansısa blogerin həbs olunması haqqında Qərb dərhal reaksiya verir, bəyanatlar səslənir, hökumətə təzyiqlər artır. Amma Ermənistanın 30 il ərzində törətdiyi müharibə cinayətləri, mülki azərbaycanlılara qarşı törədilən mina terroru, əsirlərə qarşı işgəncələr – Qərbin siyasi və hüquqi dairələrində sanki görünməz olur. Hətta bu faktlar təqdim edildikdə belə, “hər iki tərəf məsuliyyət daşıyır” kimi balanssız və məsuliyyətsiz ifadələrlə məsələ ört-basdır olunur.

Əslində bu selektiv yanaşma təkcə Qafqaz üçün yox, ümumilikdə Qərbin postmodern humanizm anlayışı üçün xarakterikdir. Burada “humanist yanaşma” yalnız Qərbin təsir dairəsində olanlara tətbiq edilir. Digərləri isə ya nəzərdən kənarda qalır, ya da öz humanitar fəryadlarını “siyasi spekulyasiya” kimi qəbul etdirə bilmirlər. Bu, dəyərlər üzərində ikili iqtisadiyyatın formalaşması deməkdir – “insan hüquqları” adı ilə siyasətin əxlaqi silaha çevrilməsi.

Azərbaycan bu mənzərədə həm hədəf, həm də təcrübə obyektidir. Ona tətbiq edilən hüquqi göstəricilər — digər ölkələrdə istinad üçün istifadə edilməyən – ikili yanaşmanın nə qədər sistematik və planlı olduğunu göstərir. Bu isə universal hüququn yox, imperativ maraqların hökmranlığıdır.

 Mədəni kodlar və Şərqə baxış
Qərbin Azərbaycana baxışında yalnız siyasi yox, həm də mədəni-sivilizasion  üstünlük kompleksi hiss olunur. Bu kompleks postkolonial düşüncənin yeni – liberal-humanist maskası ilə gizlədilir. Azərbaycan "Şərq" ölkəsi kimi təqdim edilir – amma bu təqdimat  tərif yox,  xəbərdarlıqdır: “modernləşməli”, “qərbləşməli”, “tərbiyə olunmalı” bir ölkə obrazı yaradılır. Bu baxış forması – əslində mədəni hegemoniyanın yumşaq alətidir.

Azərbaycanın İslam dəyərlərini, türk kimliyini və müasir sekulyar dövlətçiliyi harmonik şəkildə birləşdirməsi Qərbin təsəvvüründə “ziddiyyət” kimi görünür. Halbuki bu, alternativ modernlik modelidir – nə Qərb modelinin surəti, nə də keçmişin kölgəsi. Qərbin mədəni elit dairələri bu modeli qəbul etməkdə çətinlik çəkir, çünki bu model Qərbin “yeganə doğru yol” iddiasını sual altına alır. Bu səbəbdən Azərbaycan Qərbdə ya ekzotikləşdirilir (yəni orientalizmin yeni forması), ya da sistematik şəkildə tənqid edilir.

Bu münasibət təkcə mədəni sahədə deyil, siyasətdə də özünü göstərir. Azərbaycanın daxili qərarları “qərb dəyərlərinə uyğun deyil” kimi qiymətləndirilir. Halbuki sual yaranır: dəyərlər universal olmalı deyilmi? Əgər bir dəyər təkcə  bir mədəniyyətin içində işləyirsə və digərlərinə zorla tətbiq olunursa – bu, artıq dəyər yox, siyasi silahdır.

Azərbaycanın geosiyasi taleyi, təkcə resursların idarəsi və sərhədlərin qorunması ilə yox, həm də etik və epistemoloji mübarizə ilə müəyyən olunur. Qərbin ikili standartlarına qarşı çıxmaq — onunla mübarizəyə girmək yox, oyunun qaydalarını bilib, qaydaların özünü dəyişməyə yönəlmiş ağıllı strategiyalar tələb edir. Bu strategiyalar artıq Azərbaycanda formalaşır: öz sözünü deyən, informasiya müharibəsində fəal olan, diplomatik ritorikasını təkcə siyasi yox, həm də fəlsəfi əsaslar üzərində qurandövlət profili meydana çıxır.

Gələcək Azərbaycan üçün təkcə “geosiyasi manevrlər” deyil, ideoloji və mədəni dayanıqlıq tələb edir. Qərbin “universal dəyərlər” adı altında yürütmək istədiyi mədəni və siyasi mühəndislik planları ilə yalnız o dövlətlər mübarizə apara bilər ki, öz kimliyini fəlsəfi, tarixi və strateji əsasda qura bilsin.

Azərbaycan isə artıq bu yolu tutur. O yol ki, təkcə müqavimət yox, həm də alternativ dəyərlər sistemi təklif etmək cəsarətidir.

Səlim Şahmuradlı

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

"Immunizasiya proqramı 32 milyon insanın həyatını xilas edəcək"
11:39 15.07.2025
Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
11:25 15.07.2025
Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib
11:10 15.07.2025
Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilir
11:01 15.07.2025
XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
10:55 15.07.2025
Su altında qalan daha bir şəhər tədqiq olunur
10:40 15.07.2025
Qida boyası şəkərli diabet yaradır
10:25 15.07.2025
Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
10:10 15.07.2025
Çin ordusu döyüş təlimlərində robotlardan istifadə edib
09:55 15.07.2025
Çin pilotsuz tədqiqat gəmisini suya buraxdı
09:25 15.07.2025
" Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır"
08:55 15.07.2025
NASA niyə kadr itirir?
08:27 15.07.2025
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
07:58 15.07.2025
Ağdərədə 31 yaşlı kişini elektrik cərəyanı vurub
07:28 15.07.2025
Luka Modriç "Milan"a keçdi
07:06 15.07.2025
Aİ Ermənistana dəstəyini artıracaq
06:40 15.07.2025
Osimhenin transferi niyə bitmək bilmir?
06:10 15.07.2025
Baş ağrılarının mənbəyinə dair daha bir iddia ortaya çıxdı
05:44 15.07.2025
Sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf edib
05:19 15.07.2025
Tehran sülhə inanmır
04:58 15.07.2025
İsrail Ordusunun qərarı hökumətdə parçalanmaya səbəb olub
04:26 15.07.2025
""NATO rəhbərlərinin savadsızlığı ucbatından..." -Mariya Zaxarova
03:52 15.07.2025
Yaponiyanın hakim partiyası parlamentdəki mövqeyini itirə bilər
03:29 15.07.2025
Jorje Jezuş "Əl-Nəsr"in baş məşqçisi təyin edilib
03:05 15.07.2025
Təbrizdə partlayış səsləri eşidildi
02:35 15.07.2025
Malron Azərbaycanla Ermənistan arasındakı mümkün sülh müqaviləsindən danışdı
01:51 15.07.2025
NATO Gürcüstanda təlimlər keçirəcək
01:35 15.07.2025
Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
00:51 15.07.2025
Goranboydakı qəzada piyada və sürücü ölüb
00:32 15.07.2025
Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı şok görüntülər yayılıb
00:27 15.07.2025
Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
Tbilisidə dağılan binanın sakinləri otelə yerləşdirilib
22:23 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
Hamısı