"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq, Azərbaycan tarixində ilk dəfə olaraq qitənin ən nüfuzlu futbol turnirinə vəsiqə qazanması sosial şəbəkələrdə erməni izləyicilər tərəfindən heç də yaxşı qarşılanmayıb.
Erməni istifadəçilər Azərbaycanın uğuruna qəzəbli münasibət göstəriblər. Maraqlıdır, Azərbaycanın bu uğuru cəbhə bölgəsində hər hansı bir erməni təxribatına yol aça bilərmi?
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, düşmən bizim uğurlarımızı qəbul edə bilmir:
“Bu, bizim inkişafımızı, gücümüzü göstərir. Əlbəttə, bu imkanlarla düşmən barışmaq istəmir. Ona görə ki, birincisi onların bu imkanı yoxdur. İkincisi də, onların gözü bu uğurları heç vaxt götürməyib, götürmür və götürməyəcək. "Qarabağ"ın qələbəsi cəbhədə hər hansı bir dəyişikliyə gətirib çıxarmayacaq. Lakin bu uğur cəbhə bölgəsindəki əsgərlərimizin əhval-ruhiyyəsində xoş təəssürat yaratmaya bilməz. Çünki hərbçilərin arasında həddindən çox futbola həvəsi olan əsgər və zabitlərimiz var”.(metbuat.az)