Ermənistanın vəsf etdiyi terrorçular

Analitika 17:13 17.10.2017

Varujan Karapetyan – Ermənistanın milli qəlbinə yaxın bildiyi, "məşhur" terrorçudur.

O, erməni xaqının qəlbinə elə yaxın olub ki, hətta "milli qəhrəman" adı alıb.

Varujan Karapetyanın terrorçu karyerası

Erməni mənşəli Suriya vətəndaşı Karapetyan erməni terrorçu təşkilatı ASALA-nın (Ermənistanın azad edilməsi uğrunda ermənilərin gizli ordusu) üzvü idi. 15 iyul 1983-cü ildə, o vaxt ASALA-nın fransız bölməsinin başçısı olan 20 yaşlı Karapetyan içində bomba olan çamadanı Parisdə, Orli hava limanının cənub terminalında "Turkish Airlines"ın qeydiyyat piştaxtası üzərinə qoymuşdu. Bu, ASALA-nın "erməni soyqırımı" uğrunda qlobal mübarizə kampaniyasının bir hissəsi oldu.

Bomba üç kiçik qaz balonuna bağlı Semteks partlayıcı maddəsinin yarımtsiklindən hazırlanmışdı. Bu səbəbdən də qurbanlarda böyük yanıqlar yaranmışdı.

Partlayış nəticəsində səkkiz adam ölmüş, 55 nəfər isə yaralanmışdı: üç nəfər partlayış zamanı yerindəcə, beş nəfər isə xəstəxanada ölmüşdü. Onlardan dördü fransız, ikisi türk, biri amerikalı və biri isveçli idi.

Karapetyan içində bomba olan çantanı Türk Hava Yollarına məxsus təyyarəyə keçirmək üçün baqajının həddən çox olmasını bəhanə gətirərək, sərnişinlərdən birinə 65 dollar pul vermişdi. Bomba təyyarə Paris–İstanbul marşrutu üzrə hərəkət edərkən partlamalı idi. Amma o, vaxtından əvvəl, baqaj rampası üzərində partladı, bu da daha az insan itkisi və xəsarətlə nəticələndi.

İstintaq zamanı Karapetyan etiraf etdi ki, bomba Vilye-le-Beldə, erməni mənşəli Türkiyə vətəndaşı Oxannes Semersinin evində yığılıb. 
3 mart 1985-ci ildə Karapetyan məhkəmə iclasçıları tərəfindən müqəssir bilinmiş və ona ömürlük həbs cəzası kəsilmişdi.

Bağışlanma və deportasiya

1990-cı illərin sonunda Ermənistanda bir milyondan çox erməninin imzaladığı ərizə hökumət və ölkə liderlərini, Ermənistanın sabiq və indiki prezidentləri də daxil olmaqla, Fransa hökumətinə Varujan Karapetyanı əfv etmək xahişi ilə müraciət etməyə vadar etdi. Dustaqxanadan çıxandan sonra Ermənistan Karapetyana sığınacaq təklif etdi. 

23 aprel 2001-ci ildə, 17 il dustaqlıqdan sonra fransız Burdca apellyasiya məhkəməsi Karapetyanı əfv etdi və o, Ermənistana deportasiya olunmaq şərtilə azad edildi. Karapetyan Ermənistanda qəhrəmana çevrildi.

Yerevan şəhərinin meri Robert Nazaryan Karapetyanı işlə və mənzillə təmin etməyə söz verdi. Yerevanda Karapetyan o vaxtkı baş nazir Andranik Markaryanla görüşdü və o, Karapetyanın azadlığa çıxmasından sevinc duyduğunu bildirdi. Erməni ziyalıları, o cümlədən Zori Balayan, Silva Kaputikyan, Sos Sarkisyan, Gevork Emin, Perç Zeytunçyan, Levon Ananyan və başqaları terrorçu Karapetyanı dəstəklədiklərini bildirdilər.

ASALA

ASALA terrorçu təşkilatı bir qrup erməni diasporu tərəfindən 20 yanvar 1975-ci ildə yaradılmışdı. Təşkilat türk diplomatların öldürülməsi yolu ilə beynəlxalq birliyin XX əsrin əvvəllərində həyata keçirildiyi iddia olunan erməni soyqırımını tanımağı və Türkiyədən "Qərbi Ermənistanın" qaytarılmasını tələb etməyi təmin etməyə çalışırdı. ASALA-nın banisi Mosuldan olan Akop Akopyan idi. O, 1968-ci ildə terrorçu Fələstin Azadlıq Təşkilatının  (FAT) fəal üzvü olmuşdu. ASALA-nın bir çox terrorçuları da FAT-ın Livandakı düşərgəsində hazırlıq keçmişdilər. 

1975-1984-cü illər ərzində ASALA həm Türkiyədə, həm də xaricdə 41 türk diplomat və ya məmurun öldürülməsini təşkil etmişdi. Onun üzvlərinin çoxu terror aktları törətdikləri ölkələrdə tutulub, dustaqxanaya salınmışdı, onlardan bir neçəsi ölüm cəzasına məhkum edilmişdi, digərləri isə polislə toqquşmalarda ölmüş və ya kəşfiyyat xidmətləri tərəfindən məqsədyönlü öldürülmüşdü. 1997-ci ildən sonra ASALA bir təşkilat kimi mövcud deyil. Onun üzvləri müxtəlif qeyri-qanuni əməlləri ilə ermənilərə özlərini xatırlatmaqda davam edirdilər.

Daha bir terrorçu

1992-ci ildə Ermənistan Azərbaycana soxulanda, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı qırğının əsas günahkarlarından biri Monte Melkonyan idi. Kaliforniyalı erməni terrorçu Berkli Universitetinin məzunu idi. 

Melkonyanın böyük qardaşı Markarın kitabından bir parçada deyilir: "Bir gün əvvəl, təxminən axşam saat 11:00-da üç minə yaxın erməni silahlıları hündür otların içi ilə üç tərəfdən Xocalıya doğru irəliləyir, sakinləri şərq tərəfdəki açıqlığa doğru sıxışdırırdılar. Fevralın 26-da, səhərə yaxın qaçqınlar Dağlıq Qarabağın şərq civarına çatdılar və aşağı, təxminən altı millik məsafədə olan Azərbaycanın Ağdam şəhərindəki təhlükəsiz yerə üz tutdular. Orada, təpələrdə və görünən təhlükəsiz məsafədə Dağlıq Qarabağ əsgərləri onları izləyirdilər. "Onlar, sadəcə, atəş açır, atəş açırdılar", - deyə qaçqın qadın Raisa Aslanova "Human Rights Watch" müstəntiqinə bildirmişdi. Onda Arabo silahlıları bıçaqlarını çıxarıb, insanları doğramağa başladılar. İndi yeganə səs quru otun içində vıyıldayan külək idi, amma o da meyitlərin üfunətini dağıda bilmirdi. Monte orada dayanmışdı, o yerdə sanki sınıq gəlinciklər kimi qadınlar və qızlar səpələnmişdi".

"Human Rights Watch" hüquq müdafiə təşkilatı sonralar Azərbaycanın 613 mülki əhalisinin, o cümlədən 250 uşaq, qadın və yaşlı adamın qətlə yetirilməsini pislədi. 

Ermənistanda mənəvi prinsiplərin olmaması

2016-cı ildə, Ermənistanın paytaxtı Yerevanda heykəl açılışının təntənəli mərasimi olmuşdu. Mərasimdə Ermənistanın prezidenti, nazirlər, hakim partiyanın rəhbərləri və deputatlar iştirak edirdilər. Heykəl erməni millətçisi, faşistlərlə əməkdaşlıq edən Qareqin Njdenin idi.

İkinci Dünya müharibəsi vaxtı Njde tərkibində 30000-ə yaxın döyüşçü olan Erməni legionunu yaratmışdı. Erməni legionu alman ordusunun bir hissəsi kimi Krım yarımadasında və Qafqazda, həmçinin Fransanın cənubunda vuruşmuş yəhudiləri və nasistlər üçün digər "arzuolunmaz" şəxsləri ələ verir, yəhudilərin düşərgələrə göndərilməsini təşkil edirdi.

Heykəl ucaldılması ilə yanaşı, Yerevanda onun adına meydan və metro stansiyası da var, onun "irsi" isə erməni məktəblərində tədris olunur. Onlara bildirirlər ki, Njde ölkə uğrunda vuruşub və onun törətdiyi günahlar əhəmiyyətli deyil. Erməni parlamenti spikerinin müavini Eduard Şarmazanov onu "Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan" "milli qəhrəman", "vətənpərvər" adlandırıb. 

Ermənistanın prezidentinin nasist Njdeni "böyük erməni qəhrəmanı" adlandırması narahatlıq doğurur. Dünyanı öz xalqının soyqırımını tanımağa çağıran hökumət üçün nasist hərbi caniləri  təbliğ etmək əlverişsizdir.

Bundan başqa, özünün Azərbaycanın suveren ərazisinə soxulduğunu daim inkar edən və bu prosesdə yüzlərlə qadını, uşağı və qocanıı öldürən ölkə, bəzi zəif etnik iddialarında, şəksiz, ikili standart nümayiş etdirir.

Diffamasiya ilə mübarizə üzrə liqa (ADL) müəyyənləşdirib ki, Ermənistanın 2,2 milyon yaşlı əhalisinin 1,3 milyonu antisemit baxışları dəstəkləyir.

Bütün deyilənlərdən çıxış etsək, dünyanın Azərbaycanın qanuni torpaqlarının 20%-nin qeyri-qanuni işğalına necə susması təəccüb doğurur? Nə üçün dünya sülhsevər Azərbaycana münasibətdə bu ədalətsizliyi aradan qaldırmaq istiqamətində addımlar atmır?  

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Hamısı