Azərbaycanda niyə antisemitizm yoxdur və olmayıb? ÖZƏL

Analitika 13:11 26.10.2017

Müəllif: Seymur Məmmədov

Qərb və Şərq sivilizasiyası arasında özünə məxsus mövqeyə malik Azərbaycan tarixən dünya mədəniyyətlərinin qovuşduğu unikal məkan olub. Bu cür yerləşməAzər-baycan mədəniyyətində xeyirxahlıq, etiqad azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin yer almasına səbəb olmuşdur. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi müasir Azərbaycan ərazisində əsrlər boyu müxtəlif millətlər, yəhudi icması da olmaqla müxtəlif dini icmalar sülh şəraitində yaşayıb. Bu məqalədə ölkənin ictimai-siyasi həyatında iştirak edən yəhudi icmasının timsalında Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasından danışılacaq.  

Son illər dünyada antisemitizmin səviyyəsi artıb. Yəhudilər sinaqoqlarda, məktəblərdə, universitet şəhərciklərində məqsədyönlü şəkildə hücumlara,  zorakılığa məruz qalır və qətlə yetirilir. Federal Təhqiqatlar  Bürosunun rəsmi məlumatına görə, 2015-ci ildə ABŞ-da milli azlıqlara nifrət zəminində törədilən  cinayətlərin  sayı 7 faiz artıb. ABŞ-da hesabat dövründə dini zəmində törədilmiş cinayətlərin 50%-i əhalinin 2%-dən azını təşkil edən yəhudilərə, 20%-i müsəlmanlara və təxminən 4%-i katoliklərə qarşı yönəlmişdi. Nyu-York polis Departamentinin rəsmi məlumatına əsasən,  2017-ci il yanvar-fevral aylarında ABŞ-da yəhudilərə qarşı təşkil edilən hücumların sayı keçən ilin həmin dövrü ilə müqayisədə 94%-ə çatmışdı.

 

Təəssüf ki, Avropada xüsusilə də, Almaniya, Fransa, Yunanıstan, İspaniya, və digər ölkələrdə getdikcə antisemit əhval-ruhiyyəsi artmaqdadır. Avropadakı yəhudi icmaları müxtəlif formalarda  antisemitizmin yüksək səviyyəsi ilə qarşılaşır: nifrət dolu antisemit çıxışlar, fiziki təhdidlər və küçələrdə zorakılıq halları, ilk növbədə isə Paris, Brüssel, Kopenhagen kimi iri şəhərlərdə ölümcül terrorçu hücumları. Məsələn, Əsas hüquqlar üzrə Agentlik Avropada antisemitizmin artdığı barədə həyəcan təbili çalır. Agentliyin hesabatında Avropa yəhudilərinin son 12 ayda ən azı bir antisemit hadisəsi yaşadığı bildirilir. Və nəticədə Avropa yəhudilərinin orta hesabla 29%-i İsrailə getməyi planlaşdırır. Bundan əlavə, PEW-in hesabatında qeyd olunub  ki, bir çox müsəlman ölkələrində xüsusilə də Yaxın Şərqdə yəhudi xalqı və İsrailə qarşı güclü nifrət hissi var. Belə bir kəskin münasibəti görən bəzi yəhudilər İsrailə, Kanadaya və dünyanın digər daha təhlükəsiz yerlərinə getməyə məcbur olur.

Avropa, Cənubi Amerika, Avstraliya, İran və müsəlmanların çoxluq təşkil etdiyi başqa dövlətlərdə açıq şəkildə antisemit əhval-ruhiyyəsi mövcud olduğu vaxtda Azərbaycanda yəhudilər heç vaxt hər hansı bir antisemit təzahürü ilə rastlaşmayıb. Əksinə, Azəırbaycandakı yəhudi icmasının bir sıra nümayəndələri Azərbaycanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak edir. Bugün küləklər şəhəri Bakıda Nobel mükafatı laureatı, nəzəriyyəçi-fizik Lev Landau, Respublikanın əməkdar həkimi Salamon Qusman, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov  kimi yəhudi  milliyətinə mənsub görkəmli şəxslərin yaşadığı binalarda xatirə lövhələri hələ də qorunub saxlanır. Yevda Abramov Azərbaycan Parlamentində yəhudi icmasının maraqlarını təmsil edir. Quba rayonunun Böyük Qafqaz dağsilsiləsinin şimali-şərqi hissəsində, Qudyalçay çayının sol sahilində yerləşən Krasnaya Slaboda qəsəbəsi isə postsovet məkanında dağ yəhudilərin kompakt yaşadığı ərazidir.Qəsəbə sakinləri özlərini təhlükəsiz hiss edir və öz qonşuları ilə sülh şəraitində yaşayırlar. Bir neçə ay öncə Azərbaycanda dağ yəhudilərinin problemləri ilə məşğul olan STMEQİ beynəlxalq fondunun yeni şöbəsi qeydiyyatdan keçib. Onun Rusiya və İsraildə şöbələri artıq mövcuddur. Fondun rəhbəri tanınmış ictimai xadim Krasnaya Slaboda qəsəbəsinin yetirməsi German Zaxaryayevdir.15 il ərzində STMEQİ fondu bütün dünyada eləcə də Azərbaycanda tolerantlığın təbliğ olunması və mutikulturalizm sferasında   Respublikanın təcrübəsi ilə bağlı onlarla tədbir keçirib. Bu günlərdə STMEQİ-nin təşkilatçılığı ilə Rusiyanın baş ravvini Berla Lazar Azərbaycanda səfər edib. O, Krasnaya Slaboda qəsəbəsində olub və burada yaradılmış şəraitdən  razı qaldığını ifadə edib.

Qeyd olunmalıdır ki, millətlərarası və dini toqquşmaların artması fonunda multikulturalizimin Azərbaycan modeli bütün dünya ictimaiyyəti üçün nümunədir. Bu modeldə antisemitizm və ksenofobiyaya yer yoxdur.

“Bney Brit”beynəlxalq yəhudi  təşkilatının Avropa məsələləri üzrə direktoru, məqalənin müəllifi Benjamin Naqele bildirib ki, Azərbacan yəhudilərinin Navuxadonosor dövründən Babil çarına kimi üç min ildən çox zaman kəsiyini əhatə edən unikal və zəngin tarixi var.  

“Yəhudi icması Azərbaycan cəmiyyətinə yaxşı inteqrasiya edib. Azərbaycandakı yəhudilərin inteqrasiyasına dövlətin İsraillə 90-cı illərdən başlayan məhsuldar  münasibətlərinin, texnologiya və xüsusilə də energetika sahəsində ticarət müqavilələrinin bağlanması ilə nəticələnən sıx əlaqələrin təzahürü kimi baxmaq olar”, deyə o qeyd edib.

Öz növbəsində, Bluminqtonda İndiana universitetində amerikalı alim, anqlistika və iudaistika üzrə professor Müasir antisemitizmin öyrənilməsi İnstitutunun (İSCA) təsisçisi və direktoru Elvin Rozenfeld bu sətrlərin müəllifi ilə müsahibədə Azərbaycanın dağ yəhudiləri haqqında məlumatlı olması və onların icmasının Azərbaycanda əsrlər boyu mövcud olduğunu bildirib.

“Bir zamanlar müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə çox sayda yəhudi yaşayıb lakin indi belə deyil, bu mənada Azərbaycan nümunəvi dövlətdir. Sizin dövlətin siyasətində tolerantlıq və təhlükəsizliyin təmin edilməsi təqdirə layiqdir.

Azərbaycanda müxtəlif etnoslar və dinlərə mənsub qruplar tarixən vahid və mehriban ailə kimi yaşayıblar. Bu ölkədə milli azlıqların dili və mədəniyyəti, onların adət və ənənələrinin qorunub saxlanması və inkişafı baxımdan lazımi demokratik və hüquqi bazanın yaradıldığına dəlalət edir. Fəxrlə deyə bilərik ki, Azərbaycan dini icma və birliklərə dövlət dəstəyi göstərilən az sayda ölkələrdən biridir. Buna  sübut olaraq, bir neçə real faktı misal çəkmək olar.

Birinci fakt: 2003-cü il martın 9-da açılan Sinaqoq Avropada ən iri sinaqoqlardan biridir.

İkinci fakt:  2003-cü ilin sentyabrında Bakıda ilk yəhudi məktəbi açıldı.

Üçüncü fakt: 2010-cu il oktyabrın 4-də Bakıda yaşayan yəhudi uşaqları üçün “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və Beynəlxalq “Or-Avner” fondu tərəfindən “Habad-Or-Avner” təhsil mərkəzi inşa edilib. 450 sinif otağından ibarət mərkəzdə yəhudi mədəniyyətinin əsasları tədris olunur.

Dördüncü fakt: 2011-ci ilin martında Bakıda Azərbaycan prezidenti İlham Əliyevin dəstəyilə gözəl bir sinaqoq dağ yəhudilərinin istifadəsinə verildi.

Bu cür faktların sayı çoxdur. Hazırda Bakıda həmçinin Quba və Oğuzda bir neçə sinaqoq fəaliyyət göstərir. Hər il Azərbaycanın dövlət büdcəsindən yəhudi dini icmasına maddi vəsait ayrılır. Azərbaycanın yəhudi qadınları təşkilatının təşəbbüsü ilə ən müasir avadanlıqlarla təchiz olunmuş ilk yəhudi uşaq bağçası açılıb. Bakı və Qubada 5 yəhudi məktəbi fəaliyyət göstərir. Bundan əlavə, Bakıdakı 46 nömrəli məktəbin bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin öyrənilməsi üzrə siniflər açılıb. Bakı Dövlət Universitetinin tədris proqramına isə ivrit dilinin tədrisi daxil edilib.

Yuxarıda göstərilən faktların hamısı şübhəsiz Azərbaycanda stabillik və tolerantlığın olduğu, Azərbaycan və İsrail münasibətlərinin yəhudi və müsəlman dostluğu üçün nümunə olduğunu göstərir. Antisemit əhval-ruhiyyəsinin olduğu ölkə rəhbərlikləri isə yəhudilərə münasibətdə etnik siyasətlərinin korrektə olunması, onların təhlükəsiz yaşaması üçün normal şəraitin yaradılması və yəhudilərin bu ölkələrin ictimai-siyasi həyatına inteqrasiyasının gücləndirilməsini təmin etməlidirlər. Bugün dünyanın iri dövlətləri açıq şəkildə yəhudilərə hücum edir. 2014-cü ildə Fransanın Krete şəhərində yəhudi qıza qarşı təcavüz edilmişdi.  Milli azlıq nümayəndələrinin hüquqlarının təmin olunması ölkə rəhbərliyinin vəzifələrinə daxildir. Deməli bu dövlətlərin hökumətləri dini zəmində yaranan diskriminasiya hallarının qarşısnın alınması eləcə də, xalqlar arasında təşviqatın aparılması istiqamətində zəif fəaliyyət göstərirlər. Azərbaycan isə dünyanın bir çox dövlətlərindən fərqli olaraq, dini icmaların çiyin-çiyinə mövcud olduğunu sübut edib, etməyə də davam edir və dünya ictimaiyyəti bunu əyani şəkildə görür. Bəs Avrpa və Yaxın Şərq ölkələri nəyi gözləyir? Azərbaycanın tolerantlıq təcrübəsini öyrənmək zamanıdır. İnanmaq istərdik ki, bir müddət sonra Azərbaycanın multikulturalizm modeli yəhudilərin nümunəsində onlara qarşı düzgün münasibət göstərilmədiyi digər ölkələrə də inteqrasiya olunacaq.

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Hamısı