Empirik məlumatlara görə, sosioloji sorğulara əsaslanaraq, seçkiqabağı kampaniyanın nəticələrini proqnozlaşdırmaq olar .
Çərşənbə günü dərc edilmiş Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi sorğusunun nəticələri göstərir ki, əgər seçkilər bu bazar günü keçirilsəydi, seçkiyə gələnlərin 80% Vladimir Putinə səs verərdi (70% - seçkidə iştirak etməyə hazır olanların sayıdır). “Levada-mərkəzi”-nin noyabrda keçirdiyi ictimai rəyin nəticələrinə görə, Putinin fəaliyyətini 82% respondent bəyənir. Müvafiq olaraq 18% bəyənməyənlərdir ki, müxalif namizədlər də elektoratın bu qisminə ümid edir.
İlk növbədə, biz, əlbəttə, sistemli müxalifətin ənənəvi liderlərindən danışırıq: Gennadiy Zyuqanov (böyük ehtimalla, Kommunist Partiyasının qurultayı onun namizədliyini irəli sürəcək) və artıq öz namizədliyini irəli sürmüş Vladimir Jirinovski. RLDP lideri səslərin 30%-ni “götürəcəyini” vəd edir. Hərçənd, Ümümrusiya ictimai rəyin öyrənilməsi mərkəzi ona 4%, Zyuqanova isə 3% səs verir. Sözsüz ki, seçkilərdə yekun faiz göstəriciləri fərqli ola bilər, amma bu seçki də müşahidə etdiyimiz ənənəvi müxalifətin namizədlərinin iştirak etdiyi əvvəlki seçkilərdən çətin ki çox fərqli olsun.
Özlərini sistemsiz liberal (və ya Sobçakın dediyi kimi “sağ”) müxalifətin “sima”ları kimi göstərən Aleksey Navalniy və Kseniya Sobçaka gəlincə isə.
Navalniy, məlum olduğu kimi, seçkilərdə iştirak edə bilməz, bu barədə MSK dəfələrlə xatırlatma edib – söhbət onun ağır cinayət maddəsi üzrə məhkəməsinin bitməməsindən gedir. Əslində, Navalniy “seçkiqabağı kampaniya”dan (bölgələrdən verilən məlumatlara görə, çox səs-küylü aparılan) istifadə edir ki, mətbuatın diqqət mərkəzindən itməsin. Hətta fərz etsək ki, Alekseyi seçkilərə buraxacaqlar, onun elektoral potensialı çox azdır. “Romir” holdinginin tədqiqatı göstərir ki, o ən çox 3% (“Levada-mərkəzi”nin versiyasına görə 2%) səs toplayacaq. Müqayisə üçün bildirək ki, Mixail Kasyanovun 2% potensial səsi var.
Kseniya Sobçakın nailiyyəti sadəcə Navalnini seçicilərin etibar etdiyi siyasətçilərin siyahısında sonuncu yerdən kənar etməkdən ibarətdir. “Romira” sorğusu göstərir ki, 64% rusiyalı Kseniyaya heç vaxt səs verməz – bu ən yüksək antireytingdir. Burada ümumi mənfi backgroundla yanaşı, Sobçakın ictimai bəyənatları da rol oynayıb. Həm Krımla (“Levada”nın sorğusuna görə, onun Rusiyaya birləşdirilməsini 87% bəyənib), həm də NATO-ya daxil olmaqla bağlı. Sonuncu halda, Gallup araşdırmalarına əsaslanaraq demək olar ki, 67% rusiyalı alyansı Rusiya üçün təhlükə hesab edir. Ehtimal etmək çətin deyil ki, əksəriyyət üçün qeyri-məqbul sayılan tezisləri irəli sürən yeni siyasətçinin bəyanatına reaksiyalar necə olacaq.
Sobçakın “o hamıya qarşı” namizəddir”, şüarına əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, hamıya qarşı – statistik azlıqdır. Sobçakın birləşdirəcəyinə işiddia etdiyi liberal elektorat da elə bu qədərdir. Bu elektoratın payı ola bilsin ki, 1%-dən çoxdur. Amma Sobçakın onsuz da az saylı bu dəstəni parçaladığı da açıq aydındır.
Mixail Moşkin
Vzqlyad.ru saytının siyasət bölməsinin direktor müvini
Xüsusi olaraq Eurasia Diary üçün