Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi

Analitika 11:30 20.02.2018

Ermənistan prezidenti Azərbaycanla Türkiyənin arasını vurmaq üçün yenidən “sərhəd projesi”ni gündəmə gətirmək istəyir; işğalçı ölkənin liderinin İrəvan və Zəngəzurla bağlı suala cavab verə bilməməsi ermənilər də çaşdırıb; Arzu Nağıyev: “Ermənilər özləri də boyunlarına alırlar ki...” 

Azərbaycan rəhbərliyinin son zamanlar işğal olunmuş ərazilər, həmçinin Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi bəyanatlar Ermənistanda nəzərəçarpan dərəcədə narahatlığa səbəb olub. İşğalçı ölkədə artıq açıq mətnlə bildirirlər ki, Ermənistanın “ağa”sının başının daxili problemlərinə, dünya gücləri ilə savaşa qatıldığı bir dövrdə Azərbaycan nəinki Qarabağı işğaldan azad edə, üstəlik, İrəvan və Zəngəzuru da geri qaytara bilər.

Düzdür, bir sıra hallarda Serj Sərkisyan hakimiyyəti seçkiqabağı xalqı qorxutmaq və dünya birliyini aldatmaq üçün Azərbaycanda səslənən bəyanatlardan yararlanmağa çalışır. Necə ki, Münhen Təhlükəsizlik Konfransında erməni prezident Azərbaycanın İrəvanı qaytarmaq istəyini xatırladaraq, özünü yazıq görkəmdə təqdim edib, dəstək qazanmağa çalışıb. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Almaniyaya səfər edən Sərkisyan onda da ölkəsindəki 80-ci illər silahlarına görə gileylənmişdi, hətta Rusiyanı almanlara satmışdı. Son səfərində də S.Sərkisyan özünü “mələk” libasında təqdim etməyə çalışıb, bu barədə bir az sonra bəhs edəcəyik.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də əsas müzakirə mövzularından biri Qarabağın işğalda qalması məsələsi olub. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalıdır və beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.

Toivo Klaar ile ilgili görsel sonucu

Yeri gəlmişkən, T.Klaar “Trend”ə müsahibəsində Qarabağ məsələsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Avropa İttifaqının mövqeyi olduqca aydındır: “Biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcək dinc və firavan Cənubi Qafqaz istəyirik. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli vacibdir. Status-kvo bir çox cəhətdən dayanıqsız və olduqca kövrəkdir”. Düzdür, Aİ rəsmisinin mövqeyində yenə də məsuliyyətin bərabər şəkildə bölüşdürülməsi cəhdi var, amma hər halda, bütün dünya bilir ki, işğalçı Ermənistandır və Azərbaycan zərər çəkən tərəfdir.

Elə S.Sərkisyanın Münhendə çətin vəziyyətə düşməsi də haqsız tərəf olmasının məntiqi nəticəsidir. Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov erməni prezidentə müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb. Diplomat deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Ona görə də Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər. S.Sərkisyan isə azərbaycanlı diplomatın dediklərinə ciddi cavab verə bilməyib. Erməni prezident bundan əvvəlki beynəlxalq tədbirlərdə də Azərbaycandan olan təmsilçilərin tutarlı arqumentləri ilə üz-üzə qalmışdı.

Lakin Ermənistan prezidentinin növbəti dəfə Sürix protokollarını xatırlatması suallar doğurub. “Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilər” - S.Sərkisyan deyib. Üstəlik, o təklif edib ki, Türkiyə ilə danışıqlar yeni sənəd üzrə aparılsın. “Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə, münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb” - Sərkisyan gileylənib. Erməni prezident hiyləgər gediş edərək, növbəti dəfə Bakı və Ankara arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə uğursuz cəhd edib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır” - Sərkisyan dolayı yolla həm də Türkiyə hakimiyyətini şantaj etməyə çalışıb. Ekspertlər erməni prezidentin uğursuz gedişlər etdiyi qənaətindədirlər.

Sargsyan Münhen ile ilgili görsel sonucu

“Serj Sərkisyanın Münhen Təhlükəsizlik Konfransında azərbaycanlı diplomatın təcavüz siyasətilə bağlı ünvanladığı suala verdiyi təxribatçı cavab, Türkiyə ilə sərhədlərin şərtsiz açılması bəyanatı, Dağlıq Qarabağın öz müqəddəratını təyin edəcəyindən danışması - bütün bunlar seçkiqabağı təbliğatla bağlıdır və hər üç cavab seçkilərdə Dağlıq Qarabağ kartından aktiv istifadə etməklə bağlıdır”.

Politoloq Arzu Nağıyev bunu “Yeni Müsavat”a aıqlaması zamanı bildirdi. Ekspertin qənaətincə, Sərkisyan özü də başa düşür ki, bu məsələlərin heç biri beynəlxalq norma və qanunlara uyğun gəlmir: “Həmçinin o, anlayır ki, digər tərəflərin müdaxiləsi və ya razılığı olmadan bu planı həyata keçirilə bilməz. Faktiki olaraq, Türkiyə ilə sərhədlərin açılmaması da Dağlıq Qarabağ məsələsinin həll ediməməsi ilə bağlıdır. Hər bir millətin öz müqəddəratını həlletmə hüququ ilə bağlı qaldırılan məsələ də məlumdur ki, beynəlxalq konvensiyalara ziddir və ikinci bir dövlətin suverenliyinə edilən təhdidlə buna nail olmaq olmaz. Daha doğrusu, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz!”

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

A.Nağıyev S.Sərkisyanın Azərbaycan prezidentinin Zəngəzur və İrəvanla bağlı verdiyi bəyanata münasibətinə də toxundu. Qeyd edək ki, konfransda erməni prezidentin bununla bağlı suala cavab verməməsi Ermənistanda da müzakirələrə səbəb olub və suallar doğurub. Ekspert bunun səbəbsiz olmadığını düşünür: “Sərkisyan özünəməxsus şəkildə guya bizim torpaq iddiasında olduğumuzu deyir. Əksinə, biz öz tarixi torpaqlarımıza qayıtmaqla bağlı fikir bildiririk. Bir sözlə, ermənilər özləri də boyunlarına alırlar ki, Sərkisyan Münhen imtahanından keçə bilmədi”.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı