Rusiyada bu günlərdə tikintisinin yekun mərhələsi elan olunan Krım körpüsü açılandan sonra "Tavrida" yolu inşa ediləcək, Rusiya və Suriya işğal olunmuş Sevastopol portundan istifadə edərək mal mübadiləsi həyata keçirəcək. Belə bir perspektivi Dövlət Dumasının millət vəkilləri Suriyaya səfərləri və Əsədlə danışıqlar zamanı müzakirə ediblər.
"Suriya prezidenti Sevastopol-Tartus dəniz marşrutu barədə təklifi maraqla dinlədi. Xüsusilə də, Krım körpüsünün avtomobil və dəmir yolu hissəsi ilə belə bir yol yaratmaq Rusiya-Suriya münasibətlərində strateji cəhətdən maraq doğurur. Dəniz marşrutu ... Sevastopolda sona çatmalı deyil, Suriyadan gətirilən yüklər Rusiyanın materik hissəsinə gedə bilər və getməlidir", - deyə Dövlət Dumasının üzvü Dmitriy Belik TASS-a bildirib. O qeyd edib ki, hər iki şəhərin liman infrastrukturu yükləri qəbul etməyə və göndərməyə hazırdır.
"Sevastopolda böyük yükdaşıma, çoxlu bəndlər, kranlar xidməti üzrə ixtisaslaşmış müəssisələr var. Son dörd ildə beynəlxalq sanksiyalar və Ukraynanın mövqeyi nəzərə alınmaqla bütün yükləmələrin 100% yerinə yetirilməsi mümkünsüz görünürdü. Suriyada Tartusdakı vəziyyət buna bənzərdir, yalnız məhdudiyyətlərin əsası müharibədən qaynaqlanır", - deyə agentliyin əməkdaşı açıqlayıb.
Deputatın sözlərinə görə, Rusiyaya qayıtdıqdan sonra o, Rusiya və Suriya parlamentlərarası əlaqələr üzrə qrupun koordinatoru Dmitri Sablin arasında Suriyadan Sevastopol vasitəsilə Rusiyaya malların daşınma marşrutunun işlənib-hazırlanması məsələsini qaldırmaq niyyətindədir.
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin hələ martın 1-də marşrutun hərəkəti üçün yaxın günlərdə Krım körpüsünün açılacağını açıqlayıb.
Öz növbəsində, Ukraynanın İnfrastruktur Nazirliyi Rusiyaya ilhaq olunan Krımda Kerçenski körpüsünün tikintisində işləyən bütün şirkətləri saksiya siyahısına salaraq nəzarət edir.