Aprel ayının 21-də Ukraynada Mixail Saakaşvili yenidən gündəmə gəldi. Belə ki, Ukrayna Ali Məhkəməsi Dövlət Miqrasiya Xidmətinin işçilərini sorğuya çağırıb.
Sorğu əsnasında bəzi işçilər boyunlarına alıblar ki, Ukrayna Prezidenti Petr Poroşenko Dövlət Miqrasiya Xidmətinin rəisinə küllü miqdarda pul verib ki, o Mixail Saakaşvilinin vətəndaşlığının alınmasında Ukrayna Prezidentinə yardım etsin.
Təbii olaraq bu həm xalqda, həm də Mixail Saakaşvilinin özündə qəzəb yaradır.
Bunun nəticəsi olaraq, Ukrayna Ali Məhkəməsi Dövlət Miqrasiya Xidmətinin rəisini məhkəmə hüzuruna çıxmağa çağırıb.
Bunu eşidən Mixail Saakaşvili, dərhal sosial şəbəkələrdə aktivlik nümayiş etdirməyə başlayıb. Onun qərb yönümlü saytlarda çıxış edib, Ukrayna əlehinə danışması Ukrayna hakimiyyətini qıcıqlandırır.
Fikrimcə, belə getsə, eynən Qonqadze Kuçma qarşıdurmasında olduğu kimi tarix təkrarlanacaq.
Qərbi Kaspi Universitetinin Tətbiqi Politoloqiya Mərkəzinin eksperti, politoloq Ağa Zeynalov