Türkiyədə 24 saat belə hər şeyi dəyişdirə bilər ÖZƏL

Analitika 13:47 24.04.2018
 Türkiyədə MHP lideri Dövlət Baxçalının arzusu ilə önə çəkilən seçkilər bu dəfə müxalifətin manevrləri ilə daha da gərginləşdi. Əvvəla seçkilər niyə önə çəkildi, bu barədə. Bunun bir neçə səbəbi var.
 
Bir müddət idi ki, Türkiyədə iqdisadi durum pisləşir, dollar lirə qarşısında getdikcə güclənirdi. Hakimiyyət bu böhranın çox da dərinləşməsini isdəmədi. İkinci bir məsələ isə AK Partiyadan əsas səs alacaq İyi Partiyanın tam da güclənməsini görməmək və mümkün CHP-İyi Partiya ittifaqına mane olmaq idi. Üçüncü səbəb Suriyada qazanılmış nailliyəti seçkiyə daşımaq idi. Ərdoğan bundan istifadə etməyə bilməzdi. Dördüncü səbəb isə Fövqəladə vəziyyət rejiminin davam etməsidir. Bu hakimiyyətə imkan verəcək ki,vətəndaş cəmiyyətlərini və siyasi müxalifəti lazım olduğu kimi nəzarətdə saxlasın. Nəhayət beşinci səbəb, Ərdoğan bu il seçilirsə 2023-cü ildə, yəni Cumhuriyyətin qurulmasının 100 illiyində tam hakimiyyət müddətini başa vura biləcək və Türkiyədə çoxdan dilə gətirilən" 2023 vizyonu"nu başa vurmuş olacaq. 
 
Bu seçkilərdə AK Partiya-MHP ittıfaqı İyi Partiyanı seçkiyə buraxmamaq niyyətində idi. Ancaq CHP bu dəfə onları üsdələyərək 15 millət vəkilini CHP-dən İyi Partiyaya transfer edərək hadisələrin axarını dəyişdi. Beləliklə, İyi Partiya parlamentdə qrup quraraq təşkilatmasını tamamlamadan və imza toplamadan seçkiyə girmə haqqı qazandı. Əslində bu addımı ilə CHP bəlkə də müasir dövrdə ilk dəfə Ak Partiyanın oyununu poza bildi. Bununla həm də İyi Partiyada CHP-yə qarşı vəfa borcu yaratdı. Kılıçdaroğlu yaxşı bilirdi ki, bu dəfə Ərdoğanın qarşısına çıxsa uduzacaq və bu ona qarşı partiya daxili müxalifəti güclənəcək və bu onun istefasına yol açacaq. Buna görə də Kılıçdaroğlu bu ittifaqı yaratmaqla Akşenerin namizədliyi dəstəkləyərək namizəd olmaqdan yayınacaq. Ancaq görünən budur ki, heç Akşener də vahid namizəd olmaq istəmir. Çünki o da hazırkı vəziyyətdə məğlubiyyət senarisindən qorxur. Bunun üçün də müxalifət vahid namizəd axtarışına çıxıb. Kılıçdaroğlu vahid namizəd alınmazsa partiya içindəki əsas rəqibi Məhərrəm İncənin namizdəliyini irəli sürməklə həm partiyadaxili əsas müxalifəti zərərsizləşdirmək, həm də yenə də öz namizədliyindən yayınmaq niyyətindədir. Lakin yeni müttəfiqlərin namizəd axtarışı davam edir. İttifaqı genişləndirmək üçün parlament xarici ana müxalifət Səadət Partiyasının lideri Temel Karaosmanoğlu ilə görüşən Kılıçdaroğlu görüşlərin davam edəcəyini bildirdi. Fikrimcə, müxalifətin qapısını döyəcəyi növbəti şəxs eks prezident Abdullah Gül ola bilər. Abdullah Gülün namizədliyini irəli sürməsi AK Parti içində Ərdoğanın səsini bir qədər azalda bilər. Ancaq nə CHP, nə də İyi Partiya funksioenerlərinin əksəriyyəti onun namizədliyini qəbul etmirlər. 
 
Müxaliflərin könlündə olan digər bir namizəd isə məşhur iş adamı, "Koç Holdinq"in rəhbəri Əli Koçdur. Düzdür, onun siyasi təcrübəsi yoxdur və yaş etibarilə gəncdir. Ancaq bu heç müxalifətə lazım deyil. Əli Koçun imkanı çox genişdir ki, seçki kampaniyasına xeyli pul xərcləsin. Buna rəğmən bir şeyi unutmayaq ki, Koçun geniş biznes imperiyası var və avtoritar Ərdoğan hakimiyyəti ilə qovğaya girməyi gözə alacağı inandırıcı görünmür. Ümumilikdə, bu seçkilərdə demək olar ki, süpriz baş verməsə Ərdoğan qalib gələcək. Ən pis halda isə ikinci tura qala bilər. Ancaq müxalifət onu seçkidə tələyə salıb məğlub da edə bilər. Bu bir neçə ssenariyada mümkündür. Birinci sennari budur ki, müxalifət seçkilərə bir çox namizədlə qatılıb səsləri parçalasın və seçkini ikinci tura çəkərək ikinci turda seçkiyə vahid namizədlə getsin. Bununla da o vahid namizədin ətrafında birləşə bilər. İkinci sennari isə müxalifətin Qərbin dəstəyini qazanaraq hakimiyyətə sanksiyalar tətbiq etdirə və bu da hakimiyyəti zəiflədə bilər. Fövqəladə hal vəziyyətində seçkinin keçirilməsi müxalifətin bu sennari şansını daha da artırır. Üçüncü ssenari isə Abdullah Gül seçkiyə gedərək Ərdoğanın səsində və AK Partiya içində parçalanma yarada bilər. Ümumillikdə isə Türkiyə artıq həyacanlı və hərəkətli günlərə qədəm qoyur. Mərhum prezident Süleyman Dəmirəl demişkən, "24 saat belə hər şeyi dəyişdirə bilər". Türkiyədə artıq bu qayda işləyir.

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynalabid Əmrəliyev

 

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
Hamısı