İran və Azərbaycan Cənubi Qafqazda rəqabət və qarşıdurma

Analitika 12:22 09.05.2016

“Eurasia Diary” Qafqaz regionu və İran üzrə ekspert, “Əl-Cəzirə" Analitik Araşdırmalar Mərkəzinin təqdiqatçı jurnalisti Fatimə əl-Səmadinin yazısını təqdim edir.

Araşdırma yazısı İran və Azərbaycan münasibətlərini əhatə edib, problemli məsələləri ehtiva edir. Tədqiqatçı hər iki tərəfin əsaslandığı siyasi prinsipləri qeyd edərək, iki ölkə arasında əlaqələrin inkişafına mane olan amillərdən danışıb.

Müəllif  2015-ci ilin avqust ayında Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə tədqiqat məqsədilə Bakıda keçirtdiyi görüşlərə və bir çox mənbələrə əsaslanıb.

Red Yazının əvvəli ilə tanış ola bilərsiniz 1-ci hissə, 2-ci hissə

İqatisadiyyat və energetika sahəsində mübarizə:

Cənubu Qafqaz ölkələri arasında Azərbaycan ən böyük iqtisadiyyata malikdir. İranın bu həqiqəti dərk etməsinə baxmayaraq, iqtisadi sahədə Azərbaycanla ələqələri inkişaf etdirmək üçün öz imkanlarından istifadə edə bilmədi.

Cari münasibətlərə Azərbaycan və İranın Xəzər dənizində müştərək sərhəddə malik olması, hər iki ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzvlüyü, regional - enerji, ticarət, nəqliyyat, komunikasiya sahələrində əməkdaşlığı zəruri edən birgə fəaliyyəti, əməkdşalığım möhkəmləndirilməsi imkanlarını da göstərmək olar.

İranın regional nüfuzunun zəifləməsilə nəticələnən amillərdən biri də Cənubi Qafqazda böyük güclərin öz hökmranlığını qərarlaşdırmasıdır. ABŞ hökümətinin bölgədə yeritdiyi təzyiq və imtiyazlar siyasəti vasitəsilə İranı kənarlaşdıra bilməsi özünü bir sıra məsələlərdə biruzə verdi.

Bunlardan ən önəmli olanları:

İranın Azərbaycandakı Beynəlxalq Neft Konsorsiumundan kənarlaşdırılması: Ötən əsrin 90-cı illərində Rusiya Azərbaycan neftinin Qara dənizdəki “Novorossiski” limanına daşınmasına nail olmaqla bu sahəni öz inhisarına almaq istəyi idi. Lakin, bu xətt böyük miqdarda neftin daşınması üçün nəzərdə tutulmadığından Rusiya öz istəyinə çata bilmədi.

ABŞ və Türkiyə rus xəttinə qarşı çıxıb Azərbaycanın Çıraq, Günəşli və Azəri yataqlarından çıxarılan neftin Gürcüstandan keçməklə Türkiyənin Ağ dənizdəki Ceyhan limanına çatdırılmasına nail oldular. Bu xətt həm də, Azərbaycanla münaqişə şəraitində olan Ermənistandan da yan keçdi. Bununla ABŞ həm Rus inhisarını sındıra bildi, həm də xəttin İran ərazisində keçməsinə mane oldu.

İran 2006-cı ildən etibarən üç dövləti - Türkiyə, Azərbaycan və Gürcüstanı (TAG) əhatə edən və NATO-nun nəzarəti altında həyata keçirilən hərbi təlimlər, manevrlər forması alan enerji təhlükəsizliyi layihələrindən də uzaqlaşdırıldı.

İran TAG üçlüyü ölkələri arasındakı “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin daxil olduğu iqtisadi əməkdaşlıqdan da razı görünmür. Yəni, 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə həyati əhəmiyyətli layihələri, neft və qaz xətlərini qorumaq üçün birgə hərbi qüvvələr təşkil etdilər, birgə hərbi təlimləri daha da artırdılar. 

Enerji sahəsində beynəlxalq əməkdaşlığın güclənməsi, neft və qaz xətlərinin çəkilişi   təhlükəsizlik, hərbi iş sahəsində əməkdaşlığın və silahlanmanın güclənməsilə ilə paralel bir şəkildə baş verir ki, bu da regionda İran üçün təhdidə çevrilməkdədir.

Türkmənistan qazı və Avropanın enerji təhlükəsizliyi:

Ötən əsrin 90-cı illərindən etibarən Avropa İttifaqı Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və Rusiyanın enerji asılılığından xilas olmağa səy göstərib. Bu hədəfə çatmaq üçün Türkmənistan qazının (4-cü böyük qaz ehtiyatı) Avropaya çatdırılması üçün işə başlayıb.

90-cı illərin əvvəllərində Türkmənistan ərazisindən qaz xəttinin Xəzər dənizindən keçməklə Azərbaycana qədər, daha sonra Türkmənistan qazını Avropaya çatdıracaq Türkiyəyə qədər uzadılması ilə bağlı danışıqlar başlayıb. Qaz xəttinin bu marşrutla aparılmasında məqsəd, qazı İran ərazisindən keçməklə Türkiyəyə çatdırılmasından çəkinmək idi. Lakin, Azərbaycan-Türkmənistan əlaqələrində Xəzər dənizinin qaz ehtiyatları ilə bağlı yaşanan gərginlik layihənin başa çatdırılması üçün mane olaraq qalır.

Layihənin gələcəkdə planlaşdırılmış marşrut üzrə başa çatdırılması Xəzər dənizində iqtisadi və hərbi cəhətdən güclü İran müqabilində Azərbaycanın strateji mövqeyinin gücləndirilməsi mənasına gəlir. Lakin, marşrutun dəyişdirilərək İrandan aparılması daha böyük balansın yaradılmasına öz töhfəsini verəcək. Bu, həmçinin İran-Türkiyə əlaqələrinə də dəstək olacaq.

Qərblə nüvə razılaşmasının əldə olunmasının ardınca İran üzərindən sanksiyaların götürülməsi Türkmənistan qazının İran vasitəsilə Avropaya çatdırılması üçün imkan yaradacaq. Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç ötən il bildirmişdi ki, Avropa rəsmi Brüsselin Rusiya qazından asılılığına son qoymaqla bağlı cəhdləri çərçivəsində Türkmənistanın təbii qazını İran vasitəsilə idxal edə bilər.

Türkmənistandan qazın Xəzər dənizindən keçəcək boru xətti vasitəsilə çatdırılmasına ən uzağı 2019-cu ildə başlanacağı proqnozlaşdırılır. İranla əlaqələrin müsbət yöndə inkişafı fonunda boru xəttinin Xəzər dənizi və İran vasitəsilə çəkilməsinə səy göstərilir.

Xəzər dənizini Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanla bölüşən İran çox vaxt xəbərdarlıq edərək bildirib ki, Xəzər dənizindən keçəcək qaz boru kəməri iqtisadi cəhətdən səmərəli deyil və onun ərazisindən quru yolla aparılacaq boru xəttinin çəkilməsi ən doğru variantdır.

İran və Azərbaycan nüvə razılaşmasından sonra:

İranın “5+1” qrupu ilə əldə etdiyi nüvə razılaşması dünya dövlətləri üçün böyük əhəmiyyət daşıdı. Bunun qonşu ölkələr, o cümlədən, Azərbaycan üçün əhəmiyyəti ikiqat çoxdur.

Razılaşma regionda siyasi və iqtisadi izini qoyacaq. Çünki, iqtisadi və siyasi sanksiyalar ləğv edildikdən sonra İranın daha da güclənəcəyi gözlənilir. Görünür, ticari və iqtisadi problemlərlə bağlı İran-Azərbaycan anlaşması siyasi və mədəni sahələrdəki digər problemlərlə bağlı anlaşmadan daha asandır.

Tərəflər arasında dostluq və düşmənçilik əlaqələri ilə bağlı bir sıra siyasi, mədəni və tarixi məlumatlara istinadən iki ssenari barədə danışmaq olar:

Mənfi ssenari: İranın siyasi və iqtisadi cəhətdən daha da gücləndikdən sonra Azərbaycanda xüsusi ambisiyalarını həyata keçirmək üçün öz imkanlarını işə salacağı güman olunur.

Müsbət ssenari: Ekspert Vüqar Bayramov hesab edir ki, “razılaşma iki ölkə arasındakı münasibətlərə müsbət təsirini göstərəcək. Bu ssenari İran iqtisadiyyatına tətbiq olunmuş sanksiyaların aradan götürülməsindən irəli gələn dəyişikliklər dinamikasından dəstək tələb edir. Azad rəqabətli bazarın gücləndirilməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində İranın siyasi və iqtisadi ambisiyalarının rasionallaşmasına yol açacaq. Habelə, Qərb investisiyalarına qapıların açılması rəsmi Tehranın öz iqtisadiyyatını azad etmək üçün addımları labüd edəcək. Bu ssenari ilə İran və Azərbaycan arasındakı əməkdaşlıq daha da dərinləşəcək”.

V.Bayramov güman edir ki, Avropa İttifaqının əsas məqsədi enerji mənbələrinin diversifikasiyasıdır. Sanksiyalardan sonrakı mərhələdə İran xarici şirkətləri enerji sektoruna investisiya yatırmağa çağırmaqla qaz layihələrində, o cümlədən, “Trans-Anadolu” və “Trans-Adriatik” kimi  mühüm  layihələrdə özünü təsirli oyunçu kimi təqdim edə bilər.

Azərbaycan şirkətləri də bu sahədə rol oynamaq imkanlarına malikdir. Enerji sahəsində əməkdaşlıq həm İran, həm də Azərbaycana münasibətləri inkişaf etdirməyə yardım edəcək.

Həmçinin hər iki dövlətin bununla bağlı niyyəti və gərəkən imkanları var.

Azərbaycan özünü Avropanın enerji bazarında əsas müttəfiq kimi təqdim etməyə başlayıb və Cənub Qaz Dəhlizi layihəsində rol oynamasına imkan verən maraqlarını qoruyub.

Azərbaycan Xəzər dənizi regionunda neft və qaz ixracında Qərb üçün strateji prioritet olan ən mühüm marşrutlardan biridir.ABŞ Enerji İnformasiya Administrasiyasının bülletenlərinə və 2014-cü idə təqdim etdiyi hesabatına görə, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatlarının həcmi 35 trilyon kub metrə bərabərdir.

İranın isə neft-qaz istehsalı imkanları nüvə proqramı səbəbindən Avropa İttifaqı və ABŞ-ın ona tətbiq etdiyi sanksiyaların fonunda ciddi şəkildə azalıb. Nüvə razılaşmasından sonra İran ixrac üçün nəzərdə tutulan neft, qaz və enerji istehsalını canlandırmağa səy göstərməyə başlayıb.

Rəsmi Bakı bildirir ki, İran enerji mənbələrinin dünya bazarlarına çıxarılması üçün Azərbaycanın infrastrukturundan istifadə ilə bağlı təklifinə qoşulmaqda maraqlıdır.

Belə ki, Azərbaycan təkmilləşdirilmiş boru kəmərlərinə malikdir. Rusiya, Gürcüstan, Türkiyə və İrana qədər uzanan mövcud boru xətləri ilə yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası da həyata keçirilir. Azərbaycan bu infrastrukturun təkcə özü tərəfindən deyil, digər ölkələr tərəfindən də aktiv formada istifadə olunmasına səy göstərir.

Mühüm bir məqamı qeyd etmək lazımdır ki, bir neçə beynəlxalq nəqliyyat yolları, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tiflis-Ərzurum neft kəmərləri, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan və Rusiya arasında qaz boru kəmərləri əsasən Azərbaycandan başlayır.

Odur ki, zəngin enerji ölkəsi olan Azərbaycan İranın nəhəng təbii qaz mənbələrinin Avropa bazarına çıxarılması baxımından rəsmi Tehran üçün münasib marşrut hesab olunur. İranın coğrafi mövqeyi təbii qaz sərvətini Avropaya Türkiyə və Azərbaycan marşrutu ilə çatdırılmasını qaçılmaz edir.

Proseslər problemsiz irəliləyərsə, “TANAP” layihəsi gələcəkdə “TAP” layihəsinə birləşdiriləcək və İran qazının Avropaya nəqli üçün etibarlı marşrutun yaranmasına imkan verəcək.

“TANAP”a qoşulmaqla İranın tranzit ölkə kimi Azərbaycanın regional mövqeyini gücləndirəcəyi şübhə doğurmur.

Əlaqələrin qarşısında duran maneələr

İran-Azərbaycan əlaqələrinin gücləndirilməsinə əngəllər törədən problemlərdən ən mühümləri bunlardır:

Regional maneələr:

1. Qarabağ problemi və İranın mövqeyi - Azərbaycan İranın mövqeyinin Ermənistanı dəstəklədiyini hesab edir.

2. Birləşdirmə və parçalama ideyalarının mübadiləsi - İran vaxtaşırı türk millətçiliyi ideyasını, eləcə də Azərbaycanın bəzi dairələri tərəfindən Böyük Azərbaycan üçün çağırışları, həmçinin Azərbaycanda aparılan tədqiqat materiallarında iranlılara qarşı mənfi imicin formalaşdırılmasını tənqid edir. Buna qarşılıq olaraq İranda “Azərbaycanı İran ərazisinin bir hissəsi olaraq yenidən ölkəyə birləşdirilməsi” zərurəti ilə bağlı açıqlamaların ardı-arası kəsilmir.

3. Xəzər dənizinin hüquqi statusu.

Regionu aşan maneələr:

1. Rəsmi Bakının ABŞ və İsrailin regiondakı nüfuzunu dəstəkləməsi. Bu, Moskva-Tehran və Yerevan koalisiyası qarşısında balansı qoruyan amil hesab olunur.

2. İran güman edir ki, ABŞ və İsrailin Cənubi Qafqazda nüfuzunun olması onun təhlükəsizliyinə təhdid formalaşdırır.

3. İran rəsmi Bakının NATO-nun şərqə doğru genişlənməsini dəstəkləməsindən narahatdır.

Mənafelər və ortaqlıqlar

1. Ortaq mədəni irs.

2. Din və məzhəb; xüsusilə də Azərbaycanda müsəlmanların əksəriyyəti şiələrdir. Lakin bu ortaqlıq İranın arzu etdiyi formada təsirli görünmür. İran özünü “İslam mədəniyyəti”lə tanıdarkən, Azərbaycan açıq şəkildə dünyəviliyə meylli olan Qərb modelini seçdi.

3. Birgə təhlükəsizlik; Belə ki, regionun təhlükəsizliyinin təmin olunması regiondakı dövlətlərin bir-biri ilə əməkdaşlığını labüd edəcək dərəcədə qarışıqdır.

Qeyd edim ki, Azərbaycan İranın nüvə dosyesi ilə bağlı təşviqedici mövqe nümayiş etdirib. Rəsmi Bakı davamlı olaraq İranın nüvə proqramının sülhməramlı olduğunu və bu problemin danışıqlar yolu ilə həllinin zəruriliyini vurğulayıb, öz ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasını rədd etdiyini açıq şəkildə bəyan edib.


Fatimə əl-Səmadi

 

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
Hamısı