Paşinyanın 50 günü Rusiyadan baxış - ÖZƏL

Analitika 12:17 27.06.2018
Oleq Kuznetsov,
 
Rusiyalı politoloq və tarixçi,
 
özəl olaraq Eurasia Diary üçün 

Bu gün Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə keçməsindən 50 gün ötür. Qərb jurnalistikasından bizim dünyaya bu müddətdə bir şəxsin hakimiyyətdə olmasının ilk nəticələrinə dair fikir yürütmək kimi ənənə daxil olub. Rusiya, ABŞ, Çin, Hindistan, Brazilya, Almaniya kimi böyük dövlətlərdə adətən bu 100 gün olaraq götürülür, ancaq Ermənistan kimi az əhalisi olan dövlət üçün 50 gün orada baş verənləri anlamağa kifayət edir. Lakin bu müddət keçən dövr ərzində hansı potensial inkişaf tendensiyalarının yarandığı və yeni hakimiyyətin fəaliyyət prioritetləri olaraq öz qarşısına hansı məqsədləri qoyduğunu demək üçün kifayətdir.  

Ermənistanda bəzilərinin inqilab, digərlərinin isə dövlət çevrilişi adlandırdığı hakimiyyət və siyasi rejimin dəyişməsi nəticəsində mühüm bir zaman kəsiyində ölkə dünya mediasının diqqət mərkəzində oldu. Lakin son iki həftədə vəziyyət xeyli dəyişib.

Son vaxtlar sanki Kremlin bir işarəsilə Rusiya telekanallarında erməni yönümlü təbliğatçıların, erməni adında olan insanların sayı bir neçə dəfə azalmışdır. Təbii ki, bu, Ermənistanın siyasi rəhbərliyinin dəyişməsindən sonra Rusiyanın öz müttəfiqinə münasibətinin dəyişdiyini göstərir.

Bu vəziyyətin iki izahı var. Bir tərəfdən Rusiya, əhali arasında heç də polulyar olmayan pensiya islahatlarının keçirildiyi şəraitdə Ermənistana münasibətdə öz xarici siyasətinin uğursuzluğunu göstərməklə onsuz da qəzəbli olan rusları qıcıqlandırmaq istəmir, digər tərəfdən Ermənistan və onun ətrafında baş verən hadisələr barədə məlumatların mətbuatda işıqlandırılmasından imtina Kreml tərəfindən rəsmi İrəvana həssas olmayan xarici və daxili siyasətini yürütməyi durdurmasına işarə ola bilər. Buna misal olaraq, Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda mövqeləri köçürməsinə Rusiya hakimiyyət orqanlarının nəzarətində olan mətbuatda heç bir rekasiya verilməməsi  söylənilə bilər:  bu üç ay bundan öncə baş versəydi bu nəşrlər Azərbaycanın ünvanına sərt çıxışlar edərdilər. Rusiya XİN geniş bəyanatla çıxış edərdi, amma indi tam sakitlikdir.

Bu Moskvanın İrəvandan narazılığını göstərən yeganə hal deyil. May ayında Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan Rusiyaya Gömrük İttifaqı çərçivəsində gətirilən kənd təsərrüfatı mallarına məhdudiyyət tətbiq etmişdi. Lakin İrəvanda buna fikir vermədilər. Bundan sonra Rusiya prezidenti Putin və Ermənistan baş naziri Paşinyan iki dəfə görüşüblər və bu görüşlər Rusiya-Ermənistan münasibətlərini aydınlaşmaq əvəzinə əksinə, daha da bulanıq edib. Daha sonra isə Moskva İrəvana ikinci dəfə xəbərdarlıq etdi – bu ölkəyə ixrac olunan təbii qazın qiymətini qaldırdı. Bir müddət əvvəl isə Kreml Ermənistandan olan və eləcə də onun barəsində məlumatların yayılmasına “veto” qoyub.

Qeyd etmək lazımdır ki, Vladimir Putin çoxillik dövlət xidməti fəaliyyətində təcrübəyə malik, dünya səviyyəli lider kimi bu uzun illlər ərzində açıq-aşkar kobudluq, təxribatlar, gizlədilməyən ikiüzlülüklə qarşılaşdığı üçün dövlət başçıları sırasında həmkarlarının subyektiv cəhətləri kimi belə “xırdalıqlar”a artıq fikir vermir. Onun beynəlxalq münasibətlərə dair mövqeyi yalnız iki ölkə arasında illərlə davam edən qarşılıqlı əlaqələr mexanizminin düşünülmüş şəkildə qırıldığı zaman yenidən format olunur. Burada məsələ Paşinyanın qərbyönümlü olması və ya “xarakterin fərdiliyi” deyil. Putin məsələn, İsrailin baş naziri Binyamin Netanyahu kimi kobud siyasətçilərlə ümumi dil tapa bilib. Netanyahunun Putinlə ünsiyyəti birinciyə Suriyaya zərbə endirməsinə mane olmur və Paşinyan Putinlə buna bənzər ünsiyyət qurmaq istəsə də bu onda alınmır.

Paşinyan – siyasətçi deyil, o qurmağı yox, yalnız dağıtmağı bacaran, sosial narazılıq dalğası ilə hakimiyyətə gəlmiş populistdir. Misalçün, onun erməni parlamentində ilk təşəbbüsü  – yol hərəkəti qaydalarını ləğv etmədən onların pozulmasına görə administrativ cərimələrin ləğv olunmasıdır. Təkcə bu fakt sübut edir ki, hərfi desək, küçədən hakimiyyətə gəlmiş Pşinyanın qanunvericilik prosesi və dövlət idarəçiliyinin işləmə mexanizmi barədə heç bir təsəvvürü olmadığı qənaətinə gəlinsin və buna görə o bacarıqsız sayılır.

Həmçinin, Paşinyanın Nazirlər Kabinetinin üzvləri də peşəkar keyfiyyətləri baxımından hətta Ermənistan kimi kiçik bir dövlətin idarə olunmasının öhdəsindən nə dərəcədə gələ biləcəklər böyük sual altındadır. Onların əksəriyyəti yaxın keçmişdə Transperency International kimi başlanğıcda dövlət mexanizmlərinin dağıdılmasına yönəlmiş fəaliyyət göstərən amerikan və ya transmilli Amerika yönümlü kommersiya olmayan təşkilatların fəallarıdır. Ermənistanın bundan öncəki siyasi rejimləri – Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı qruplaşmasının səhra komandirlərindən ibarət xunta - Robert Köçəryan və Serj Sarkisyan Ermənistan prezidenti seçilərkən işğal olunmuş Azərbaycan əraziləri üzərində idarəçilik bacarığı təcrübələri vardı, büdcə, fiskal və s. “dövlətçiliyin digər texniki prosesləri” barədə təsəvvürləri vardı. Paşinyan və onun komandası isə terra ibcogmiyo sahəsi, “naməlum torpaqdır”.

Paşinyanın hakimiyyətə gəlməsilə Ermənistan Rusiya və Azərbaycanın 1991-ci ildə SSRİ dağılandan sonra öz milli dövlətçiliklərini qurmalı olduqları zamankı situasiyaya düşüb. Ermənistanda 1991-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı şəraitində hakimiyyətin davamlılığının qoruyub saxlaması, onun 1988-1994-cü illərdə Qarabağ uğrunda müharibədə hərbi qalibiyyətini müəyyənləşdirdi. İndi isə Ermənistanda Sovet İttifaqından miras qalmış onilliklər boyu Dağlıq Qarabağ münaqişəsilə qorunub saxlanmış dövlət mexanizmi dağıılmağa başlayır. Onu hələ elitanın dəyişməsi, əmlakın yenidən bölüşdürülməsi və bununla bağlı yaranacaq sosial-iqtisadi şoklar gözləyir, lakin nəzərə alaq ki, kasıb ölkə və yoxsul əhali üçün bütün bu faciələr ağrısız keçə bilər, çünki bundan daha pisi olmayacaq.

Ermənistandakı vəziyyətin inkişafına baxsaq, onu “gürcü-ukrayna” ssenarisinin gözləyir. Bu siyasət Rusiyanın əsas geosiyasi rəqibi – Amerika Birləşmiş Ştatlarının strateji maraqlarına uyğun gəlir. Bu strategiyanın əsas məqsədi rus-erməni siyasi və iqtisadi əlaqələrinin tam pozulması və Cənubi Qafqazı Rusiya təsirindən azad coğrafi məkana çevirməkdir.

Görünür, bu prizmadan – ABŞ geostrateji maraqları prizmasından Paşinyanın Ermənistanda idarəçiliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə də baxmalı olacaq. Birləşmiş Ştatlar bu konfliktin maksimal şəkildə uzadılmasına maraqlıdır. Beləcə, o Ermənistanı özünün əsas rəqibi Rusiya, inadkar müttıqfiqi Türkiyə, əsas düşməni İrana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. İki həftə öncə Paşinyan qondarma Artsax qurumunun danışıqlarda üçüncü tərəf kimi iştirak etməsi təşəbbüsü ilə çıxış etdi. Belə bir fikir var ki, Paşinyan bununla məsuliyyəti ATƏT-in Minsk qrupunun üzərinə atmaq istəyir, reallıqda isə beynəlxalq təhlükəsizliyin bu probleminin sülh yolu ilə həlli üçün heç bir şans verməyərək həll prosesini dalana dirəyib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Hamısı