Ermənistan-Rusiya münasibətləri məmurların ticari maraqları ilə qorunub saxlanırdı Oleq Kuznetsov - ÖZƏL

Analitika 14:23 11.09.2018

"Ermənistan uzun müddət Rusiyanın regionda əsas tərəfdaşı olub. Üstəlik, bu münasibətlər siyasi və ya hətta iqtisadi münasibətlərə deyil, bürokratik əlaqələrə, yəni hər iki ölkə rəsmilərinin qarşılıqlı ticari maraqlarına əsaslanırdı. Dövlətin özü və hər iki ölkənin xalqlarının maraqları bir çox hallarda gözardı edilirdi".

Bu barədə Eurasia Diaryrus tarixçi, "XX əsrdə transmilli terrorizmin tarixi" kitabının müəllifi Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri uzun müddət kommersiya xarakteri daşıyıb və Rusiyadakı erməni diasporunun oliqarxlarının maksimum mənfəət əldə etməsini nəzərdə tutub.

"Bu oliqarxların əksəriyyəti Ermənistanda doğulmamış və heç vaxt burada yaşamamışdı. Erməni əsilli müasir rus oliqarxlarının əksəriyyəti ya Rostov vilayətinin, ya da Krasnodar ərazisi, ya da Dağlıq Qarabağın yetirməsidir. Ermənistan heç kim üçün vətən deyildi, ancaq bir çox ticari məsələlərinin həllində vasitə rolunu oynayırdı. Məsələn, Rusiyada biznesini qurmaq üçün Qərbi Avropa və Şimali Amerika ölkələrində olan erməni diasporundan kapitalın Ermənistan dövlət büdcəsi vasitəsilə ötürülməsində istifadə olunurdu".

Ekspert Rusiya ərazisində bu şəkildə formalaşmış Robert Koçaryana məxsus şirkətlər qrupunu nümunə göstərir.

Kuznetsov əminliklə bildirir ki, Ermənistan Rusiya üçün çoxlu sayda yüksək vəzifəli şəxslərin korrupsiya mənbəyini qanuniləşdirilməsində çox faydalı idi.

O hesab edir ki, Rusiya-Ermənistan münasibətlərinin pisləşməsindən asılı olaraq iki ölkənin     çirkin işlər görən oliqarx və rəsmilərinin soyadları üzə çıxacaq. Ekspert bunu onunla izah edir ki, bu şəxslər indi Rusiyada Nikol Paşinyanın cəzalandırılması üçün açıq şəkildə çıxış etməklə özlərini ifşa edirlər.

Nümunə olaraq, Kuznetsov media nümayəndələrindən birini - Soçi şəhərindən seçilmiş Dövlət Dumasının deputatı Konstantin Zatulini gətirir. Tarixçinin verdiyi məlumata görə, Soçi şəhərinin bütün erməniləri Rusiyadakı ermənilərin birliyi və erməni biznesindən asılı olan bütün insanların göstərişi ilə məhz bu şəxsə səs veriblər.

Eurasia Diary-nin Rusiyadakı erməni oliqarxiyasının nəyin hesabına mövcud olduğu sualına Kuznetsov iki faktoru göstərir.

"Birinci faktor - büdcədən maaliyyələşən insanların - qubernatorlar, merlər, nazirlər – dövlət sifarişlərindən qalan gəlirlər hesabına maddi durumunun yaxşılaşdırılması.

İkincisi - bu Ermənistandan olan ucuz işçi qüvvəsidir. Rusiyalı ermənilərə bu ölkədə qanunsuz yaşayan özbəklərə ödənildiyi qədər pul verilir. Bununla yanaşı, bu özbəklərin daha yaxşı şərait üçün bir işəgötürəni tərk edib digərinin yanına getmək imkanı var idi. Lakin erməni miqrantlar ciddi nəzarət altında olduqları üçün Rusiyada bu imkandan məhrum idilər. Hər iki ölkə hərbi və siyasi müttəfiq olduğundan onlara yalnız Rusiya miqrasiya xidməti orqanları deyil, həm də Rusiyanın hüquq-mühafizə orqanları, özünün diasporası, kilsə və hətta Rusiya ərazisində sərbəst fəaliyyət göstərən Ermənistan xüsusi xidmət orqanları nəzarət edirdi", deyə Oleq Kuznetsov bildirib.

Natalya Quliyeva

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı