Müasir İmperializm və formal müstəqillik (İkinci yazı) ÖZƏL

Analitika 14:38 24.09.2018

Biz zamana səyahət edərək müxtəlif dövrlərdə imperiyaların hansı üsullarla yarandığını öyrəndik. İkinci Dünya müharibəsindən sonra işğalçılıq və müstəmləkəçilik ilə ərazilərin genişləndirilməsi üsulu sona yetdi.

Artıq dünya fərqli formaya və idealogiyaya sahibdir. Texnoloji inkişaf dünyanı kiçik planet halına salmışdır. Məsafələr kiçilmiş və kommunikasiya keçmiş dövrlərlə müqayisədə dəfələrlə asanlaşmışdır. Artıq informasiya və mədəni genişlənmə üstünlük əldə eləməyə başlamışdır.

Millət anlayışı getdikcə region anlayışına çevrilməyə başladı. Misal üçün, Avropa dövlətləri birləşərək vahid Avropalı kimliyini formalaşdıra bildi. Bu, qitə üçün ən böyük tarixi uğur hesab edilə bilər.

İkinci Dünya müharibəsindən sonra SSRİ və ABŞ siyasi arenada əsas gücə çevrildi. Avropa isə öz gücünü bərpa etməyə çalışırdı.

Soyuq müharibə dövründə diplomatik yollarla SSRİ və ABŞ genişlənirdi. ABŞ Latın Amerikasında böyük nüfuza sahib idi. SSRİ isə öz ərazilərindən başqa yaxın Şərqdə və Afrikanın bəzi ölkələrində böyük təsirə malik idi.

Bu zaman içində imperial qüvvələrdən başqa yerdə qalan ölkələrin əksəriyyəti iki qütbdən birinə tabe olmaq məcburiyyətində idi. Bu məcburiyyət onların müstəqilliyini faktiki olaraq sonlandırırdı və onlar sadəcə formal müstəqilliyə malik idilər. İki idealogiyadan birinə sahib olmaq onları bu idealogiya rəhbərlərindən asılı olmasına gətirirdi. Soyuq Müharibə iki imperial qüvvədən əlavə iki idealogiyanın mübarizəsi kimi də qiymətləndirilə bilər.

Soyuq müharibə daha güclü olan ABŞ-ın qələbəsi ilə sonlandı. Elmi və texnoloji inkişaf, mədəniyyətin ekspansiyası Amerika idealogiyasının qalibiyyəti ilə nəticələndi.

Müasir dünya

İlk dövlətlərin yaranmasından uzun bir zaman keçsə də dünya nizamı eyni qaydalarla işləyir. Yenə də dünya hüquq çərçivələrində deyil güc sərhədlərində idarə olunur.

Yeni təsir metodları isə dəyişib, əvvəllər işğal, vassal və koloniya üsulları ilə dövlətlər öz siyasi əhatələrini genişləndirirdisə, indi sazişlər, siyasi təşkilatlar və hərbi bloklar kimi yeni üsullardan istifadə olunur.

Hər bir dövlət öz tərəfini qoşulduğu təşkilatlarla və saxladığı xarici əlaqələr ilə müəyyənləşdirir. Bir çox alimlər ABŞ-ı yeganə qlobal güc hesab edir, lakin bu dünyanın tək qütblü olması demək deyil. Rusiya, Çin, İran, Türkiyə, Hindistan, Aİ, kimi bir çox regional güclər beynəlxalq arenada söz sahibi hesab olunur.

 Dünyada təsir uğrunda gedən mübarizə bu gücləri qarşı-qarşıya qoyur. Son zamanlar Yaxın Şərqdə şahid olduğumuz mənzərə bu fikrin bariz nümunəsidir.

Suriya, İraq və Yəməndə ABŞ və regional güclər öz maraqları uğrunda mübarizə aparırlar. Böyük güclər öz aralarında birbaşa mübarizə aparmasalar da onlar başqa dövlətlərin ərazilərində bir-birlərinə qarşı müharibələrə qoşulurlar.

İmperiyalizm müasir dövrdə yeni formada təzahür edir. Onların başçılıq etdiyi ittifaqlara qoşulan dövlətlər isə siyasi arenada azad qərarlar verə bilmirlər. Bu tip azadlıq isə formal müstəqillik adlanır.

Rusiyanın təşəbbüsü ilə təsis edilmiş MDB və KTMT təşkilatları onun təsir dairəsinin ölçülərini müəyyən edir. İranın Yəmən, Suriya və İraqda şiə qüvvələri üzərində təsiri isə bu ölkənin sərhədlərini müəyyənləşdirir. ABŞ-da isə NATO misalı və iqtisadi cəhətdən asılı saldığı dövlətlər bu formanın bariz nümunəsidir.

Bundan əlavə dünya maliyyə bazarında 60% əməliyyatların dollar ilə aparılması ABŞ-ın iqtisadi gücünün əsas göstəricisidir.

Super güclər eyni zamanda beynəlxalq təşkilatlarda da təmsil olunma ilə dünyada baş verən siyasi hadisələr barədə qərarlar vermək iqtidarındadır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü beynəlxalq təhlükəsizliyin qorunmasında müstəsna nəzarətə malikdir.

Çinin artan iqtisadiyyatı dünya nizamında balansı öz xeyrinə dəyişə bilər. Lakin, ABŞ bu nizamı qorumaq və mübarizədən qalib ayrılmaq üçün Çinə qarşı tətbiq etdiyi sanksiyalar bu artımın müddətini geçikdirdi.

Rusiya hərbi sahədə gücünün artması ABŞ-ı qəti addımlar atmağa vadar edirdi. S-400 zenit-raket sisteminin alıcılarına edilən təzyiqlər ABŞ-ın Rusiya hərbi gücünə qarşı mübarizəsi kimi başa düşülür.

İranın Yaxın Şərqdə baş verən hadisələrin gedişatında rolunun artması və Türkiyənin ABŞ istəklərinə qarşı çıxması nəticə olaraq ABŞ-ı həmin dövlətlərə qarşı sanksiyalar tətbiq etməyə sövq etdi.

Əlində çox güclü vasitələr olan ABŞ öz mövqeyini qorumaq üçün sərt addımlar atır. Çünki o, çox gözəl başa düşür ki, Rusiya, Çin və İranın artan gücü avtomatik olaraq onun balansı onlara tərəf dəyişəcək.

Əgər dünyada bir qütb öz mövqeyini qorumaq istəyirsə o zaman təsir xəritəsinin dəyişməməsinə və rəqiblərinin güclənməməsinə çalışmalıdır.

Dünya üzərində imperial qüvvələrin mübarizəsində ən qorxulu məqam vahid rəqibə qarşı birləşməkdir. Hal-hazırda ABŞ-ın əzəli rəqibləri olan Rusiya, Çin və İran bu ssenarini həyata keçirir.

Dünyanın müasir xəritəsi nüfuz dairələri, imperial güclər və neytral ölkələrdən ibarətdir. Afrika ölkələrinin əksəriyyəti, Latin Amerikası, Mərkəzi Asiya və bu qəbildən olan ölkələr nüfuz dairəsi (formal müstəqil ölkələr); ABŞ, Çin, Rusiya, Türkiyə və İran imperial qüvvələr; və heç kimə diqtə etməyən və diqtə olunmayan neytral dövlətlər kimi Hindistanı göstərmək olar. Avropa İttifaqı isə tam olaraq siyasi ittifaqa nail olmadığı üçün neytral qüvvə hesab etmək mümkündür.

Əgər biz fikir versək qədim zamanda olduğu kimi işğallarla ərazilər genişlənmir, kommunikasiya texnologiyalarının inkişafı bu zərurəti sıradan çıxardı. İmperial güclər nüfüz dairələri uğrunda mübarizə aparır və neytral güclərlə əməkdaşlıq edirlər.

Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı