Bosniyadakı seçkilər və boşnak müsəlmanlarının taleyi Balkanlardakı siyasi vəziyyət (I yazı)

Analitika 15:22 08.10.2018

Dünən Bosniya və Herseqovinada keçirilən seçkilərin nəticələri açıqlandı. Seçkilərdə nə az, nə çox 72 siyasi partiya iştirak edirdi. Qeyd edək ki, seçkilər federasiya daxilində xüsusi muxtariyyətə sahib olan Sırpıska, Boşnak-xarvat və Brçka adlı muxtar vilayətlərdə eyni vaxtda keçirildi.

Səsvermənin ilkin nəticələrinə görə, Milorad Dodik (serblər, 55,15 faiz), Şefik Caferoviç (bosniyalılar, 37,97) və Jelko Komşiç (49,47 faiz, xorvatlar) liderlik edirlər. Bəs bu seçkilər Bosniyanın gələcək siyasi və ictimai həyatınaa necə təsir edəcək? Bosniyanın siyasi sisteminin əsas xüsusiyyətləri nələrdir? Bosniyada və bütün regionda ABŞ və Rusiya təsirləri və nəhayət müsəlmanların buradakı problemləri və müstəqillik məsələsi barədə önəmli araşdırmalar bu məqalədə qeyd edilmişdir.

Bosniya və Herseqovina siyasi quruluşu ilə bağlı

Bosniya və Herseqavina siyasi cəhətdən “dağınıq ölkədir”. Dağınıqdır, çünki burada vahid bir iqtidar və vahid bir mərkəz yoxdur. Yuqoslaviyanın parçalanmasından sonra başlayan müharibə Dayton müqaviləsi (1995) ilə başa çatır və bu müqaviləyə əsasən Bosniya daxilində serblərə, xorvatlara və boşnaklara xüsusi muxtariyyat verilir. Bosniya və Herseqovinanın idarə edilməsi də bu üç muxtariyyətdən seçilən liderlər arasında “növbələşmə üsulu” ilə həyata keçirilir. Sıra ilə ən çox səs toplamış boşnak, xorvat və serb liderlər 8 ay müddətində prezident seçilir. Hər prezidentin ətrafında digər iki millətdən olan müavin və ya müşavirlər seçilir. Eyni qaydada da parlament seçkiləri keçirilir, lakin seçilən hökumətlər daha çox ümumfederativ deyil, lokal miqyaslı siyasi xəttə sahib olur.

Seçkilərin ilkin nəticələri bizdə və beynəlxalq mətbuatda ciddi bir təəccüb doğurmadı. Lakin seçkilər nəticəsində Bosniyada hakimiyyətə gələn siyasi qrupların yürüdəcəyi siyasətin Bosniyanın gələcəyinə necə təsir edəcəyi ciddi sual obyektinə çevrilmişdir.

Serblərin lideri Dudak separatist mövqeyi ilə seçilir. O, seçkiqabağı kampaniyasında da dəfələrlə Sırpıskanı Bosniyadan ayırmaq niyyətini ifadə etmişdi. Həmçinin o, ruspərəst mövqeyi ilə fərqlənir. Tez-tez Lavrov və Putinlə görüşür və açıqlamalarında da Rusiyaya meyllilik hiss olunur. Dudak hal-hazırda serblərin böyük bir hissəsini “Müstəqil Sırpıska Respublikası” ideyasına inandıra bilib. Lakin ona seperat fəaliyyətində əsas əngəlin 1995-ci ildən burada bir “dövlətüstü qurum” təsiri bağışlayan və hətta hökümətləri devirmək kimi xüsusi səlahiyyətlərə sahib olan ABŞ-dan gələcəyi bəllidir.

Bosniya və Herseqovinada boşnak müsəlmanlarının taleyi

Boşnaklar illərdir bu regionda əzab-əziyyət və zülmlə qarşılaşırlar. Yuqoslaviya müharibələrində sadəcə müstəqilliyik tələb etdiklərinə görə serblər tərəfindən soyqırıma məruz qalmış və 150 mindən çox insanını bu müharibədə qurban vermişdir. Hələ də 2 milyona yaxın qaçqın düşmüş boşnak öz yurd-yuvalarına qayıda bilmirlər. Boşnakların siyasi və hüquqi problemləri bu gün də davam edir. Əsas problem də məhz boşnakların müstəqilliyi məsələsidir. Boşnaklar Bosniyanın idarə edilməsində tez-tez (xüsusən də din məsələsində) serb və xorvatların “veto”su ilə qarşılaşır. Beləki, burada əhəmiyyətli qərarların qəbulunda üç muxtar dövlətin konsensusu təmin edilmədən qərarlar qəbul edilmir. Misal kimi qeyd edə bilərik ki, ən son Qüdsün İsrailin paytaxtı elan edilməsi məsələsində boşnaklar bu hadisəni qınamaq üçün qərar qəbul etmələrinə baxmayaraq xorvat və serblərin qərara “veto qoyması” bu qərarın icrasına əngəl oldu. Boşnaklar hələ də Sırpıskada azad və rahat bir şəkildə gəzmək və ya yaşamaq imkanlarına sahib deyillər. Lakin istənilən bir serb Saraybosniyada rahat dincələ, gəzə və əylənə bilər. Boşnakların xorvatlarla da sıx əlaqələri yoxdur. Xorvatlar 1993-cü ildə gözlənilmədən sərhəddəki boşnak kəndi olan Ahmiçi kəndinə hücum edib, 116 dinc vətəndaşı qətlə yetirmişdilər. Bu hadisə iki xalq arasında ciddi problemlər yaratsa da mülayim və dindar boşnaklar bu gün nə serblərə, nə də xorvatlara qarşı bir addım atmır, onlara kin duymurlar. Ama Bosniyada hələ də boşnakların təzyiqlərlə üzləşməsi bir reallıqdır.

Bəs nə etməli?

Bosniya və Herseqovinanın yaradılmasındakı əsas məqsəd sülhü təmin edib, bu xalqların birgə yaşayışını təmin etmək idi. Lakin üstündən 23 il keçməsinə rəğmən hələ də bu xalqlar arasında əvvəlki kimi olmasa da konfliktlər qalmaqdadır. Bosniyada Sırpıskaya xüsusi imtiyazlara sahib muxtariyyət hüququ verilir, lakin ölkədə əsas çoxluğa sahib olan boşnakların qaçqınlarının ölkəyə qaytarmaq hüququ yoxdur. Xalqlar arasında konfliktlərin həlli üçün Qərbin yaratdığı bu federasiya üsulu ədalət prinsiplərinə uyğun gəlmir. Məhz bu aradakı konfliktlərin həllinə mane olan əsas amil hesab edilə bilər.

Həmçinin bu xalqların artıq birlikdə yaşamasına ehtiyacı qalmayıb. Onsuzda onlar daxillərində tamamilə müstəqilləşib və siyasətlərini lokallaşdırıplar. Bundan savayı ölkədə 14 baş nazir, 180 nazir, həmçinin müşavirlər və müavinlərlə birlikdə 200-dən çox birokrat çalışır, 80-ə yaxın siyasi partiya mövcuddur. Bosniyada iqtisadi ekspertlərin fikrincə ölkə gəlirinin 40-i yalız məmur maaşlarına xərclənir. Muxtariyyatlarda formalaşan hökümətlər nadi hallarda bir-biriləri ilə uzlaşır. Ölkədə baş verən iqtisadi və siyasi problemlərin öz həllini tapmamasının da əsas səbəbi budur. Hər muxtariyyat bir dövlət kimidir və digəri ilə hesablaşmaq istəmir. Ölkə federasiya olsa belə hər muxtariyyət öz maraqları naminə çalışır və federativ maraqları düşünmürlər. Bütün bunlar ağıla belə bir sual gətirir. Bu muxtar-dövlətləri zorakı yolnan, böyük təzyiqlərnən bir federasiyada toplamaq kimin maraqlarına uyğundur?

Əlbəttə ki, ABŞ-ın. ABŞ əvvəla bu dövlətlərin bir-birindən ayrılıb müstəqil dövlətə çevrilməsinin Balkan regionunda onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirə biləcəyini bilir. Bundan savayı Türklərə sempatiyası olan və qatı müsəlman bir müstəqil boşnak dövləti heç bir şəkildə amerikan planlarına uyğun deyil. ABŞ-ın Bosniyada və bütün Balkan regionunda əsas məqsədi Rusiyanın bu regiona təsirini minimum endirmək və region tam şəkildə özündən asılı hala gətirməkdir.

Burada ABŞ üçün başqa bir problem isə serblərdir. Hələ də regionda serblər 90-cı ildə “amerikan qırıcılarının bombardımanı”nı unutmayıblar. Həmçinin, serblərin lideri Dudakın seçkilərdə qalib olması (ruspərəst olduğundan) ABŞ maraqlarının tamamilə əleyhinə olan bir vəziyyət yaratdı. İndi ABŞ bütün gücü ilə serblərlə birlikdə bütün Bosniyanın NATO-ya inteqrasiyasını təmin etməyə çalışacaq və Dayton müqaviləsi buradakı ABŞ-ın atacağı addımları tamamilə leqallaşdırır.

Lakin istənilən halda bu vəziyyəti davam etdirmək mümkün deyil. Ölkədə etnik münaqişə problemindən savayı, iqtisadi problemlər də getdikcə dərinləşir və buna tək səbəb əslində üç müxtəlif dövlətə sahib olan xalqların bir federasiyada yaşamağa məcbur edilməsi faktıdır.

Nicat İsmayılov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı