Qaşıqçı ilə birlikdə ölən Səudiyyə xəyalları Qərbin Səudiyyə siyasəti dəyişəcəkmi?

Analitika 12:38 19.10.2018

Son bir həftədir beynəlxalq mətbuatın gündəmini zəbt edən Qaşıqçı olayı bu gün Sədudiyyə Ərəbistanının başına dərd açan bir problem halına gəlmişdir. Məlumdur ki, Camal Qaşıqçı Səudiyyə rejimini sərt tənqid edən ərəb millətindən olan bir jurnalist idi və o, Türkiyədə ərəb konsulluğuna daxil olduqdan sonra yoxa çıxmış, böyük ehtimalla oradaca öldürülmüşdür.

Qaşıqçının hələ ölüsü tapılmadan Səudiyyənin xarici siyasətinin iflas etdiyini qeyd etsək yəqin ki, yanılmarıq. Səudiyyə Ərəbistanı xarici siyasətində Qərb xüsusi önəmə malikdir. Çünki, Səudiyyə öz neftinin böyük bir qismini məhz Qərb dövlətlərinə satır və eyni zamanda Səudiyyə Ərəbistanın hərbi təchizatı da Qərb tərəfindən qarşılanır. Xüsusən, ABŞ Trampın da hakimiyyətə gəlməsi ilə Səudiyyə ilə daha da yaxınlaşmışdı. Qərb dövlətləri ilə Səudiyyəni yaxınlaşdıran digər amil isə İran məsələsi hesab edilir. Çünki Qərbin, xüsusən də ABŞ-ın təhdid olaraq gördüyü İranla Səudiyyə Ərəbistanı həm siyasi, həm də ideoloji müharibə vəziyyətindədir.

Lakin Qaşıqçının öldürülməsi faktı Səudiyyə Ərəbistanının uzun illərdir böyük uğurla icra etdikləri Qərblə olan əməkdaşlığını təhlükəyə atdı. Qaşıqçı barədə faktlar yavaş-yavaş aşkarlanır və hər keçən gün Qərb dövlətlərinin Səudiyyə ilə münasibətlərinin getdikcə soyumasına gətirib çıxarır. Özünü “demokratiya və söz azadlığının beşiyi sayan” Avropa Səudiyyə ilə əvvəlki əməkdaşlığını davam etdirə bilərmi?

Dünən Avropa Birliyinin Brusseldə keçirilən zirvə toplantısında ard-arda Fransa Prezidenti Makron və Almaniya Xarici İşlər Naziri Maas Səudiyyə Ərəbistanına edəcəkləri işgüzar səfərləri təxirə saldıqlarını açıqladılar. İngiltərə, Hollandiya və digər Avropa dövlətlərinin də yaxın zamanlarda Səudiyyə Ərəbistanı ilə əlaqə quracağı gözlənilən deyil. Bütün bunların fonunda isə Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda investisiya konfransı keçirilir. Bu konfransda nə alman nə də fransız nümayəndələri var. Sadəcə bu fakt onu deməyə əsas verir ki, Qaşıqçı olayı Avropa dövlətlərinin səbir kasasını doldurub. Hətta Avropa dövlətlərinin Səudiyyəyə qarşı embarqo və sanksiyalar tətbiq etməsi də istisna edilmir. Bu fikri əsaslandırmaq üçün belə bir faktı qeyd edək: Almaniya Sol Partiyası lideri Dietmar Bartsch alman birinci kanalında iştirak etdiyi bir verlişdə Camal Qaşıqçının öldürülməsindən sonra Səudiyyə Ərəbistanına silah satışının dayandırılması gərəkdiyini bildirib. O, qeyd edib ki, "Kaşıkçı olayında Səudiyyə rejiminin əli olduğu aydın görünür. Bu halda Səudiyyəyə silah satışı dayandırılmalıdır. Belə bir hökümətə necə silah satmaq olar?" 

Bu gün Trampda qeyd edib ki, Səudiyyə Ərəbistanı bu məsələdə əli olduğu görünür və əgər bu isbat olunarsa heç nə əvvəlki kimi olmayacaq. Göründüyü kimi Səudiyyə rejimi bir jurnalistə görə əməlli başdı özünü cəncələ salıb. Səudiyyə Ərəbistanına Qərb dəstəyi olmadan o nəinki digər ərəb dövlətlərinə heç öz ölkəsinə rəhbərlik edə bilməz. Lakin ABŞ-ın milyardlarla dollar dəyərində investisiya qoyduğu bir dövləti gözdən çıxaracağı gözlənilmir. Trampın son açıqlamaları isə şou xarakterlidir. Tramp Kaşıkçının aqibəti ilə maraqlanmır, onun bu məsələdə nümayiş etdirdiyi həssaslıq 6 noyabrda keçiriləcək ara seçkilərlə birbaşa bağlıdır. Yəni, ABŞ Kaşıkçı olayından sonra Səudiyyə ilə bir müddət əlaqələri kəsə, hətta bura kiçik təzyiq və ya sanksiyalar tətbiq edilə bilər. Lakin bu davamlı olmayacaq və mütləq ABŞ bu məsələni unutdurmaq və əməkdaşlığa dəvam etmək üçün bir yol tapacaq.

Avropa dövlətlərinə gəldikdə isə təkrarən qeyd etmək istəyirəm ki, onların əsas məqsədi beynəlxalq aləmdə “demokratiya və söz azadlığının vətəni” imicini qoruyub saxlamaqdır. Və bunun üçün onlar Səudiyyə əlehinə açıqlamalar verir, silah satışına embarqo qoymaq barədə məsələləri mətbuat konfranslarında dünya ictimayətinin gözü qarşısında müzakirə edirlər. Ancaq Almaniyanın İran siyasətində göründüyü kimi Avropa dövlətləri hətta ən radikal rejimlərlə belə öz mənafeləri naminə əməkdaşlıq edirlər.

Nəticədə Qaşıqçı olayı hələ bir müddət daha dünya mətbuatının gündəmində yer alacaq. Ancaq bu hadisəyə görə Qərbin Səudiyyədən üz döndərəcəyi inandırıcı deyil. Ancaq istənilən halda, bu hadisə Səudiyyə rejiminə ciddi maddi və siyasi problemlər yaratdı. Səudiyyənin İslam dünyasında ABŞ-ın yaradacağı NATO tipli bir regional təhlükəsizlik təşkilatının lideri olmaq xəyalını puça çıxardı.

Rejimin bu qədər ağılsız bir addımı necə atdığı müəmmadır. Ona görə də kimlərinsə bu işi görüb Səudiyyə şəhzadəsinin üstünə atması da istisna edilə bilməz.

 

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı