Əməkhaqqının artırılması ölkə iqtisadiyyatının inkişafına xidmət edir Siyasi analitik Anastasiya Lavrina

Analitika 13:54 23.06.2019
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu il sentyabr ayının 1-dən etibarən minimal aylıq əmək haqqının 250 manata qədər artırılması barədə sərəncam imzalayıb.
 
Bu qərar dövlət büdcəsindən maliyyələşdirilən bir sıra strukturların işçilərinin maaşları da daxil olmaqla 950 min nəfəri əhatə edəcək.
 
Siyasi analitik və Avrasiya regionu üzrə ekspert Anastasiya Lavrina bu qərarı Eurasia Diary-ə şərh edib.
 
"Prezident İlham Əliyevin fərmanı çox önəmlidir və dövlətin uzunmüddətli inkişafını təmin etmək məqsədi daşıyır. Minimum əməkhaqqı 70 manat (180-dən 250 manata qədər) artırılacaq. 2019-cu ilin əvvəlindən bu ikinci artımdır. Bu il orta hesabla minimum əməkhaqqı 130-dan 250 manata qədər artacaq, bu isə unikal bir hadisədir. Bundan əlavə, bir sıra kateqoriyalar üzrə yüz minlərlə işçinin minimum aylıq əməkhaqqı 2019-cu il sentyabrın 1-dən 40 faiz artacaq və bu da böyük bir məbləğdir", - deyə Anastasiya Lavrina bildirib.  
 
Anastasia Lavrina əlavə edib ki, bu maliyyə durumuna və müvafiq olaraq dövlət və özəl sektorların inkişafına müsbət təsir göstərir. Belə bir qərar qəbul edilərkən, dövlət başçısının rəhbərliyi ilə son illər ərzində uğurla həyata keçirilmiş genişmiqyaslı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti böyük rol oynamışdır. Əhalinin işsizlik, iqtisadi böhran, inflyasiya və siyasi qeyri-sabitlikdən əziyyət çəkdiyi digər ölkələrdə baş verənləri nəzərə alsaq, Azərbaycan ölkənin daxili inkişafını dəstəkləməyə və stimullaşdırmağa çalışır. Bu da insanların həyatına və dövlətin xarici siyasətinə müsbət təsir göstərir. Böyük dövlətlər arasında qlobal iqtisadi müharibələr zamanı balansın saxlanması və böhranın başlanmasının qarşısını almaq çox vacibdir. İqtisadiyyatı möhkəmləndirmək üçün əlavə investisiyalar, o cümlədən əmək haqqının artırılması, bir sıra təşkilatların əməkdaşlarının sosial müdafiəsinin artırılması, əhalinin sabit inkişaf edən Azərbaycana olan inamını gücləndirir və islahatlardan əldə olunan real mənfəətləri nümayiş etdirir.
 
Müəllimlərin maaşının artırılması çox vacib bir məsələdir. Bu cür qərarlar müəllimlərin fəaliyyətinə və çox çalışmaq istəyinə müsbət təsir göstərir. Son illərdə Azərbaycanda bir çox təhsil müəssisələrində təhsilin keyfiyyətinin artdığını müşahidə edə bilərik. Təbii ki, hələ də diqqət tələb edən məktəblər və universitetlər var, lakin ölkəmizdəki bir çox universitetlər xarici universitetlərdən geri qalmır.
 
Əməkhaqqının əhəmiyyətli dərəcədə artımı əhalinin alış qabiliyyətinə müsbət təsir göstərəcək. İndi bu kimi fərmanları öz mənfəətləri üçün istifadə edən fərdi sahibkarlara və satıcılara mağazalarda əlavə nəzarət etmək çox vacibdir. Əmək haqqının artması inflyasiya ilə qarışdırılmamalıdır və bu xüsusilə də əsas istehlak mallarının qiymətlərinin qalxması üçün səbəb kimi gətirilə bilməz.
 
Bütün bunlar Azərbaycanın iqtisadi fəallığının daha da artmasına və müvafiq olaraq, ölkənin beynəlxalq arenada mövqeyinin möhəmlənməsinə kömək edəcək. Bütün bu islahatlar nəticədə Azərbaycan ərazisinin 20%-nin işğal edildiyi, qonşu Ermənistanla olan uzadılmış münaqişədən əziyyət çəkən bir respublikada baş verir. Azərbaycan bir çox ölkələr tərəfindən sabit sosial-iqtisadi sistemin nümunəsi kimi qəbul edilə bilər".
 
Sərəncam xüsusilə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Milli Ensiklopediyasının, Azərbaycan Respublikasının Milli Ensiklopediyasının, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycan Dövlət Arxivi və onların rayon və şəhər şöbələri, daimi nümayəndəliklərinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin, Narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə Dövlət Komitəsinin İşçi qrupunun, Bakı Multikulturalizm Mərkəzi və Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinə şamil olunur.
 
Bununla yanaşı, sentyabrın 1-dən etibarən bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılmış dövlət təhsil müəssisələrinin müəllimlərinin və peşə təhsili üzrə müəllimlərin rəsmi əmək haqqı da artırılacaq.
 
Siyasi analitik və Avrasiya regionu üzrə ekspert Anastasiya Lavrina

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı