Türkiyə Naxçıvanı nəzarətə götürür

Analitika 10:52 15.08.2019

Qardaş ölkə muxtar bölgənin təhlükəsizliyini gücləndirir - Bakıya müjdə; ABŞ-a səfərə hazırlaşan Paşinyana isə okeanın o tayından bəd xəbər gəldi - İrəvan şokda...

Bu gün - avqustun 15-dən Türkiyə və Azərbaycan arasında birbaşa hava dəhlizinin açılması gözlənilir. Bu haqda Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib. Onun sözlərinə görə, bu xüsusda danışıqlar artıq yekunlaşıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən, açılacaq hava dəhlizi sayəsində Türkiyədə yerləşən hava limanları ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. İndiyədək bu reyslərin həyata keçməsi üçün İran və Ermənistanın hava məkanından istifadə olunurdu. Bildirilir ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.

Təbii ki, məsələnin siyasi və təhlükəsizlik tərəfləri də var. Çünki bununla muxtar bölgə qardaş ölkəyə daha sıx bağlanacaq, vahid hava məkanı mövcud olacaq. “Kiçik torpaq” sarıdan Azərbaycanın narahatlığı isə bir az da azalmış olacaq. Söhbət həm də Qarabağda mümkün müharibə variantında Naxçıvan sarıdan arxayınlıqdan gedir. 

*****

Mehmet Cahit Turhan  Qars-İğdır-Naxçıvan dəmir yolu ile ilgili görsel sonucu

Eurasia Diary “Yeni Müsavat”a istinadla xatırladır ki, az öncə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin hazırlanma ərəfəsində olduğunu demişdi. “Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini gücləndirir”, - deyə o qeyd etmişdi. Nazir onu da demişdi ki, Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri son vaxtlar daha sıx xarakter almaqdadır və əlavə edib ki, yeni layihə iki qardaş ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradacaq.

Mehmet Cahit Turhan  Qars-İğdır-Naxçıvan dəmir yolu ile ilgili görsel sonucu

Haqqında söz gedən dəmir yolu layihəsi isə həm də böyük siyasi anlam kəsb edir. Məsələ ondadır ki, Qarabağ ixtilafına görə Naxçıvan yarımblokada vəziyyətindədir. Ən əsası, ermənilər Naxçıvana da göz dikib və bunu əsla gizlətmirlər. Belə bir dəmir yolunun açılması isə hərbi təcavüz halında Naxçıvana Türkiyədən hərbi xarakterli yüklərin daşınmasını daha da asanlaşdıra bilər. Nəzərə alsaq ki, artıq Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu da fəaliyyətdədir, o zaman yeni inşa olunacaq Qars-İğdır-Naxçıvan dəmir yolu vasitəsilə Bakı özü də Naxçıvanın müdafiəsi üçün hərbi xarakterli yüklər göndərə bilər.

Bu xüsusda istər Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi, istərsə də Naxçıvan üçün Ermənistandan asılı olmayan vahid hava məkanının yaradılması Türkiyənin Naxçıvanla bağlı yeni planının tərkib hissələri də sayıla bilər. Bir şey dəqiqdir ki, qardaş ölkədən ötrü muxtar bölgənin təhlükəsizliyi heç vaxt olmadığı qədər mühüm önəm daşıyır. Ən ümdəsi, Türkiyə bu təhlükəsizliyin bütün komponentləri üzrə (iqtisadi-ticari, siyasi, hərbi) zəruri tədbirlərin görülməsini intensivləşdirib ki, bu da ən əvvəl Ermənistanda təşviş yaratmaqdadır.

*****

Bu arada işğalçı ölkənin baş naziri Nikol Paşinyanın sentyabrın 22-də ABŞ-a səfərə hazırlaşdığı məlum olub. Təbii ki, o, prezident Donald Trampla görüşə getmir. Bu görüş üçün Nikol Paşinyan hələ yetişməyib. Aydındır ki, Vaşinqtonun sanksiya tətbiq etdiyi Rusiyanın bölgədəki yeganə forpostu Ermənistana, onun guya yeni qərbçi rəhbəri Paşinyana münasibəti isti ola bilməz. Bunu işğalçı ölkəyə son illər Amerika yardımlarının kəskin azaldılması, Azərbaycana isə artırılmasndan da görmək olar.

Bu və digər səbəblərdən Paşinyan okeanın o tayına sırf işgüzar səfərə hazırlaşır. Sentyabrın 22-də onun Los-Anceles şəhərində ermənilər qarşısında çıxışı planlaşdırılır. Təbii ki, əsas məqsəd işğalçı ölkə üçün ianə toplamaqdır. Çünki artıq aydındır ki, Qərbin, özəlliklə ABŞ-ın maliyyə mərkəzləri Rusiyanın vassalı olan ölkəyə boşuna pul verməyəcək. Necə ki, Paşinyanın iqtidarda olduğu ötən 15 ayda verməyib.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Bəs səfərdə o, daha hansı məqsədlər güdə bilər?

“Los-Anceles İrəvandan sonra bəlkə də ermənilərin ən çox olduğu şəhərlərdən biridir və aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb”. Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

Analizdə səfərlə bağlı bir sıra vacib məqamlara diqqət yönəldilir: “Birincisi, Paşinyana Ermənistanda nəyisə dəyişmək üçün pul lazımdır. Beynəlxalq maliyyə qurumları, böyük dövlətlər isə Paşinyana bu bir ildə pul vermədi. Ona görə də Paşinyanın yeganə ümidi varlı erməni diasporunun üzvlərinədir. Paşinyan Los-Ancelesdəki çıxışında açıq pul dilənməsə də, erməni diasporunun ABŞ-da olan nümayəndələri ilə qapalı görüşlərində bu mövzudan yan keçməyəcək.

İkincisi, Paşinyanın Los-Ancelesdəki ermənilər qarşısında çıxışının əsas tezisləri üzərində düşünməyə dəyər. Paşinyanın birillik hakimiyyəti göstərdi ki, onun söz ehtiyatı bol deyil, müxalifətdə ikən Serj Sərkisyanı yıxmaq üçün dağıdıcı şüarları diqqəti cəlb edirdi, ancaq o, hakimiyyətə gəldikdən sonra böyük kütlə qarşısındakı çıxışlarında çətinlik çəkir. Çünki verilən vədləri yerinə yetirmək lazımdır. Onun Xankəndidəki 2050-ci ilə hədəflənmiş çıxışı isə ermənilər arasında məzhəkəyə səbəb oldu. Mümkündür ki, Paşinyan Los-Ancelesdəki çıxışında Tehranda və Xankəndidə ermənilər qarşısındakı tezisləri təkrarlasın.

Üçüncüsü, Paşinyanın Los-Ancelesdəki çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var. Paşinyan Tehranda çıxış edərkən İran erməniləri “Qarabağ Ermənistanındır. Nöqtə” şüarını qaldırmışdılar. Erməni ermənidir, istər İrandakı olsun, istər ABŞ-dakı. Ona görə də sentyabrın 22-nə Azərbaycan Xarici İşlər Nazirliyi və onun Los-Ancelesdəki konsulluğu da hazırlaşmalıdır. Qabaqlayıcı addımlar haqqında düşünməyə ehtiyac var".

*****

Maraqlıdır ki, səfər ərəfəsində ABŞ-dan Paşinyana bəd xəbər gəlib: rəsmi Vaşinqton Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib. Belə ki, ABŞ-ın Ticarət Nazirliyi “qara siyahı”ya saldığı ölkələrin sırasında Ermənistanın da adı var. Sanksiyalar siyahısında Ermənistandan iki şirkət yer alıb: İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC.

Məlumata görə, İrNİSS lisenziyasız ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından (CCL) mallar alaraq təkrar ixrac edib. Ayrıca, İrNİSS-in icraçı direktoru və “Markel” QSC-nin prezidentinin ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə işbirliyində olduğu açıqlanıb. Şirkətlərin siyahıya daxil edilməsinin digər səbəbləri ABŞ Federal Reyestrinin saytında dərc edilmiş sənəddə yer alıb.

Necə deyərlər, bu da ABŞ-a səfərə hazırlaşan Paşinyana Vaşinqtondan orijinal sürpriz. Yəqin ki, bu, hələ jurnaldır, daha böyük sürprizlər qabaqdadır. Mənfi planda, sözsüz ki..

“Yeni Müsavat”ın analitik xidməti

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı