İngiltərənin yeni baş naziri Boris Conson Avropa Birliyindən çıxmaq üçün əlindən gələni edir. İngiltərə parlamentində keçirilən seçkiləri uduzan Conson partiyasından 21 müxalif fikirli deputatı ixrac etdi. Conson parlamenti 9 sentyabr-14 oktyabr arası 5 həftəlik tətilə göndərməsi qərarı ilə "Brexit"ə qarşı yönələn addımların qarşısını almağı hədəfləyir. Bəs İngiltərə niyə Avropa Birliyindən çıxmaq istəyir? Çıxarsa əgər, itirən və qazanan tərəf kim olacaq? Yeni dünya quruluşunda İngiltərənin rolu nə olacaq? Köhnə super gücünü yenidən qazana biləcəkmi?
İngiltərənin Avropa Birliyindən çıxmaq istəyi 1984-cü ildən bu yana davam edir. 2 dəfə bu addımı Avropa Birliyi tərəfindən geri çevrilsədə, son seçkilərdə Boris Consonun qalib gəlməsi və İngiltərədə keçirilən seçkilərdə 52 faizlik nəticə məsələni yenidən gündəmə gətirib. İngiltərənin Avropa Birliyinə etdiyi ödəmələr, Brüsseldən gələn əmrlərə tabe olmama və Qlobal siyasi arenada daha təsirli oyunçu olmaq istəyi ilə bu prosessi sürətləndirərək Avropa Birliyindən çıxmağı hədəfləyir. Yeni seçilən baş nazir Boris Conson da bu məsələ ilə bağlı sərt və dəyişməz mövqe sərgiləyir. Consonu Krallıq sakinlərinin 52 faizlik hissəsi dəstəkləsə də ,48 faizlik hissə sərt şəkildə tənqid edir və Avropa Birliyində qalmaq istəyir. Consonu dəstəkləməyənlər arasında böyük hissəni Şotlandiya əhalisi tutur. Şotlandiyanın daxilindəki iqtisadi investisiyanın böyük hissəsi Avropa Birliyi ölkələrinə aiddir.Təbii ki, Avropa Birliyindən ayrılmaq, başda İngiltərə olmaqla Şotlandiyaya da dərindən təsir edəcək.
İngiltərəyə zərər dəyəcək, amma..
Şotlandiya və digər Krallıq ölkələrində olduğu kimi İngiltərədə də daxili iqtisadi investisiyanın böyük bir hissəsi Avropa Birliyi ölkələrinə aiddir. Ayrılacağı təqdirdə İngiltərənin 28 ölkə ilə ayrı-ayrılıqda müqavilə bağlaması lazım olacaq. Bu prosess uzun bir prosess olduğundan daxili siyasi və iqtisadi vəziyyəti bir müddət böhrana sürükləyəcəkdir. Bu prosess zamanında İngiltərə, Şotlandiya və digər ölkələrdə iğtişaşlara, etiraz dalğalarına, hətta bu ölkələrin Britanya Krallığından ayrılmasına səbəb ola bilər. Boris Conson bu həqiqətləri bilir, amma onun niyyəti bu böhrandan mümkün qədər tez çıxmaq və İngiltərənin son 200 ildir itirdiyi nüfuzunu geri qaytarmaqdır.
Boris Conson İngiltərənin Trampıdır?
Seçkiləri qazandıqdan sonra verdiyi qərarlar və sərgilədiyi sərt mövqe ilə Boris Conson Donald Trampı xatırladır. Trampdan öncəki Obama dövründəki Amerikanı, indiki Amerika ilə müqayisə etdikdə Tramp dövrünün Amerikasını daha uğurlu, daha sərt qərarlı olduğunu görəcəksiniz. Yaxşı bəs Boris Conson da aldığı qərarlar ilə İngiltərəni daha uğurlu güclü bir dövlət edə biləcəkmi ?
Amerika-İngiltərə müttəfiqliyi
Amerikanın Çinlə olan iqtisadi müharibəsi, bir yandan Rusya, Çin, İran, Türkiyə müttəfiqliyi və ortaq siyasi addımları Amerikanın bu siyasi arenada yanında köklü tarixi əlaqəsi olan bir müttəfiqi vacib edir. Bir yandan Suriyada, Əfqanıstanda müharibə şəraitində olan, digər yandan Çinlə mübarizə aparan bir ölkə üçün İngiltərə kimi bir müttəfiq əlbəttə ki, Amerikanın nüfuzunu və təsirini daha da artıracaq.
Hindistan öz iqtisadi böyümə sürəti ilə Çini geridə qoymağı bacarıb. Regionda Çin ilə mübarizə aparmaq üçün Hindistan Amerika üçün arzuolunan ölkədir. Və təbii ki, Amerika İngiltərə yaxınlaşması, Hindistan üzərindəki Amerika təsirini daha güclü edəcəkdir. Bir yandan Hindistanı Kəşmir məsələsində dəstəkləyən Amerika, digər tərəfdən, Pakistanı da əlindən buraxmamağı planlaşdırır. Necə? Yenə də əlbəttə ki, İngiltərənin köməyi ilə. Əfqanıstanda Talibanla razılığa gələn Amerika buradan qoşunlarını çıxarmağını dilə gətirmişdi. Amerika geridə qoyduğu Əfqanıstanda yeni bir idarə quruluşu yaratmağı planlayır və Pakistana bu planda rol vermək niyyətindədir. Görüldüyü kimi bu planları və bu siyasi gedişləri həyata keçirmək təkbaşına çox çətindir və İngiltərənin Amerikanın yanında olması prosessi daha da asandlaşdıracaq. Bildindiyi kimi, Britanya Krallığı 200 il öncə bu coğrafyada lider mövqeyində idi. Aradan illər keçməsinə baxmayaraq, az da olsa hələ də regionda İngiltərənin rolu qalmaqdadır. Digər tərəfdən, İngiltərə özü də əvvəlki kimi öz gücünü qaytarmaq, nüfuzunu bərpa etmək niyyətindədir. Bu iki müttəfiq ölkələrin maraqları üst-üstə düşdüyü üçün yaxın gələcəkdə İngiltərəni daha aktiv oyunçu kimi dünya siyasətində görəcəyik.
Əvvəlki nüfuzunu bərpa edə biləcəkmi?
Boris Conson bu siyasi gedişləri dərindən incələyir və ilk addım olaraq Avropa Birliyindən çıxmaq istəyir. Çünki o Avropa Birliyinin İngiltərəyə ayaq bağı olacağını düşünür. İngiltərə əhalisi də uzun illərdir eyniylə Tramp kimi çılğın bir liderə ehtiyac duyurdu. İngiltərə Avropa Birliyində olduğu müddətdə sterlinqin hələ də dövrüyyədə olması və 43 ildir geniş istifadəsi bu sübutlardan sadəcə biridi. Əlbəttə ki, bu yolda Consonun işi çətin olacaqdır. Çünki daha bu gün öz partiyasının üzvü Filip Lii istefa edərək Liberal partiyaya keçdi. Conson isə parlamentə say üstünlüyünü itirdi. İngiltərə mətbuatında erkən seçim fikirləri səslənsə də, Consonun geri addım atmayacağını deyə bilərik. Çünki başda xalq olmaqla bərabər ABŞ tərəfindən dəstəklənir.
Dəyanət Həsənzadə