Düşmən sərhəddə nəzarəti itirir Qazaxdakı toqquşmaların pərdə arxası məqamları

Analitika 15:53 08.03.2020

Xəbər verdiyimiz kimi son günlərdə Dövlət Sərhəd Xidmətinin bir gün arayla iki hərbi qulluqçusu Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olub. ( Orxan Nazim oğlu Paşazadə Eltun Elman oğlu Qarayev) 

Görüntünün olası içeriği: 2 kişi, yakın çekim

Bir gün arayla DSX-nın iki hərbi qulluqçusunun şəhid olması və bununla da sadəcə bu il qurumun şəhid olan əsgərlərinin sayının 4-ə yüksəlməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ölkə vətəndaşları xüsusilə də sosial şəbəkələrdə ardıcıl gələn şəhid xəbərlərini müzakirə edir, Azərbaycan ictimaiyyəti ordudan düşmənə cavab zərbəsini gözləyir.

Məsələylə bağlı Qarabağ qazisi, istefada olan polkovnik-leytenant Nazim Bayram Ednews-a eksklüziv müsahibə verib.

nazim bayramov ile ilgili görsel sonucu

- Nazim bəy Ermənistanla sərhəddə nə baş verir? Ardıcıl itkilər verməyimizin səbəbi nədir?

- Əvvəla, şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Son aylarda DSX regionda olduqca fəal iş aparır. Əsas məqsəd maksimum səviyyədə təhlükəsizliyi təmin etmək və düşmənin potensial təxribat hücumları əngəllməkdir. Ötən günlərdə baş verənlər barədə isə konkret bir şey demək olmaz, ancaq təxmin yürütmək olar. Məncə, ordumuz Qazax istiqamətində müxtəlif yollarla irəliləyib, ermənilərin strateji yollarını, obyektlərini nəzarətə götürməyə çalışır. Çünki məlum olduğu kimi bu ərazidə strateji yüksəkliklər düşmənin nəzarətindədir və bu durum regiondakı dinc vətəndaşlarımız üçün daim təhlükə doğurur. Ermənilər isə öz növbəsində snayperlərlə bunun qarşısını almağa cəhd göstərir.

- Bu versiya doğrudursa ermənilərin heç bir itki verməməsini, əvəzində isə ordumuzun ardıcıl iki əsgərinin şəhid olmasını DSX-nın uğursuz olması kimi dəyərləndirilə bilərmi?

Xeyr! DSX regionda sivil xalqın təhlükəsizliyinin təmin etmək nöqteyi-nəzərdən ciddi uğurlara nail olur. Orada hər şey qaydasında idi. Sadəcə ardıcıl şəhidlər verməyimiz durumu dəyişdi. İndi DSX düşmənə maksimum güclü zərbə vurmalıdır. Məni də itkilərimiz çox hiddətləndirir, dərhal, gecikmədən 10 qat misliylə cavab verilməlidir. Lakin bəzən ehtiyat və qətiyyətsizlik qorxaqlığa gətirib çıxarır. Amma mən nə olura olsun bir hərbçi kimi plana və əmrə üstünlük verirəm.

- DSX Ermənistanla sərhəddə ardıcıl itkilər verdiyi zaman cəbhədə nisbi sakitlik idi. Nə üçün ordumuz Qazaxdakı şəhidlərimizin qisasını cəbhədə düşməndən almır?

- Bunun cavabı çox bəsit və sadədir. Cəbhəyə nəzarət edən Müdafiə Nazirliyinə heç bir konkret əmr verilməyib. Əmrin verilməməsinin mahiyyəti odur ki, müəyyən irəliləmələrə cavab olaraq düşmən snayperlərdən istifadə edir və yavaş-yavaş sərhəddəki ərazilərə nəzarəti itirir. Belə bir zamanda gəginliyi cəbhəyə daşımaq doğru deyil. Ümumiyyətlə, bu mövzu barədə yekun fikrimi deyim, məncə, biz o qədər aciz deyilik ki, düşmən snayperi işləsin, biz susaq, bunu həzm edək. Mən rəhbərliyin konkret hərbi planının olduğunu düşünürəm.

- Son günlər Ermənistanla sərhəddə yaşanan hərbi aktivlik Qarabağ istiqamətində də müşahidə edilə bilərmi?

- İnşallah, bu il Qarabağda müharibə gözlənilir, mən buna inanıram. Xüsusilə də Qondarma rejimdəki prezident seçkilərindən sonra cəbhədə ordumuzun hərbi aktivliyinin artmasını proqnozlaşdırmaq olar.

Digər müsahibimiz istefada olan general Qabil Məmmədovsa ordumuzun ardıcıl itkilər verməsinin səbəbini müəyyən hərbi xətalarla əlaqələndirib:

Görüntünün olası içeriği: 1 kişi, açık hava ve doğa

“Məlumdur ki, kamuflyajdan canlı qüvvə və döyüş texnikasını düşmənin gözündən, müşahidəsindən yayındırmaq məqsədilə istifadə edilir. Bizim sərhədçilərimizin səhra geyiminə baxanda hər zaman düşünürəm ki, görəsən hansı relyefi əsaslara söykənərək bu rəngləri seçiblər? Axı, bu rənglər ərazi örtüyü ilə uyğun gəlmir və əksinə olaraq "göz qamaşdırır?!". Məncə, ardıcıl şəhidlər verməyimizin əsas səbəblərindən biri bu ola bilər ”.

Göründüyü kimi ekspertlər bu məsələdə fərqli düşünür. Ordumuz isə xalqımız kimi yumuruğunu sıxıb, döyüşə hazır durub. Şəhidlərimizin qisası hər hansı yolla olursa olsun alınmalıdır. Şəhidinin qanını yerdə qoyan, torpaqlarını işğaldan azad edə bilməyən bir ordunun dünya reytinqində neçənci yerdə durmasının və ya nə qədər güclü olmasının heç bir əhəmiyyəti yoxdur...

Nicat İsmayılov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı