Rusiyada 1 iyulda tamamlanan referendum seçkilərində Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına (bu şansın yaranmasına) ən çox "hə" deyən regionlar:
1.Tuva - 96%, 2.Çeçenistan - 95%, 3.Krım - 90%, 4. Dağıstan - 89%.
Bu rəqəmlərə inansaq, Rusiyada Putini ən çox müsəlmanların (və türklərin) dəstəklədiyini deyə bilərik. Sözügedən rəqəmlər manipulyativ xarakterli olsalar da siyasi reallığa uyğundur.
Müsəlmanlar təbiətən mühafizəkardır və Putinin adicə "cinsi azlıqlara qarşıyam" deməsi belə onlar üçün siyasi dəstək səbəbidir. Bununla belə, müstəqil iradə sadəcə siyasi mədəniyyəti olan xalqlara xas bir xüsusiyyətdir. Rusiyadakı müsəlmanlar isə artıq 100 ildən çoxdur ki, siyasətə uzaq, dövlətə yaxındır.
Beləliklə, onlar üçün dövlət nə deyirsə, odur. Söz haqqı millətə deyil, dövlətə yəni, Putinə məxsusdur. Bəli, Putin təkbaşına dövlətdir...
Nicat İsmayılov