Bu həftə Kaliforniyada yaşayan ermənilər Los-Anceles küçələrində Azərbaycana qarşı təcavüzün yeni bir səviyyəsini nümayiş etdirdilər. Dinc şəkildə etiraz etməklə kifayətlənməyən ermənilər təhqirlər yağdıraraq zorakılığa əl atdılar.
Daşnakı tanıyaq
Daşnaktsütyun, qısaca olaraq Daşnak kimi tanınan Erməni İnqilabçı Federasiyası (EİF) 1890-cı ildə Kristapor Mikaelyan, Stepan Zoryan və Simon Zavaryan tərəfindən Gürcüstanda, Tiflisdə qurulan radikal erməni millətçi və sosial-siyasi partiyasıdır.
Bu gün partiya Ermənistanda, həmçinin onun qanunsuz işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı qondarma qurumda və erməni diasporasının olduğu ölkələrdə, o cümlədən ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərir.
Partiya hal-hazırda ikinci dərəcəli partiyadır və 2018-ci ilin dekabr ayına kimi qondarma qurumun parlamentində 7, Livan Parlamentində isə 3 nəfərlə təmsil olunurdu.
1918-ci ildə partiya sonradan, 1920-ci ildə Sovet kommunistləri tərəfindən ələ keçirilən və rəhbərliyi sürgün edilən Birinci Ermənistan Respublikasının yaranmasında vəsilə oldu. Ekspansizm cərəyanına malik EİF erməni diaspor icmalarının tərkibində yaranmaqla erməni diasporasının ən başlıca təşkilatı hesab olunur.
Amerikanın Erməni Milli Komitəsi (AEMK) ARF-yə bağlı olan və ABŞ-dakı ən güclü erməni lobbiçi təşkilatdır.
Ermənistan-Azərbaycan müharibəsi
1992-1994-cü illərdə genişmiqyaslı Dağlıq Qarabağ müharibəsi baş verdi, bu müddət ərzində Ermənistan Rusiya ordusunun köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu ələ keçirdi. O zamandan bəri bu torpaqlar işğal altındadır. İki ölkə arasındakı atəşkəs rejimi tez-tez pozulur.
İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ilə Ermənistan arasında dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək üçün ağır artilleriyadan istifadə edərək hücuma keçdilər.
Ermənistan-Azərbaycan qarşıdurması Los-Anceles küçələrinə keçdi
21 iyul 2020-ci ildə Amerikanın qərb bölgəsinin Erməni Milli Komitəsinin və Erməni Gənclər Federasiyasının rəhbərlik etdiyi Kaliforniya-Erməni daşnak qrupunun minlərlə dəlisov üzvü etiraz etmək üçün Azərbaycan Baş Konsulluğunun qərbi Los-Ancelesdə yerləşən binasının qarşısına toplandılar. Onlar Ermənistanın işğalçı siyasətini, eləcə də 12 iyulda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı ört-basdır etməkçün gəlmişdilər.
Təxminən 50 nəfərlik Azərbaycanlı icma üzvlərindən ibarət kiçik bir qrup isə Azərbaycana dəstək olmaq üçün gəlmişdi.
Azərbaycanlı etirazçılar – Foto Azərbaycan Baş Konsulluğuna məxsusdur
Los Anceles Polis İdarəsi etiraz üçün təhlükəsiz mühiti təmin etməyə çalışsa da, yerli daşnaklar ABŞ şəhərlərində dağıntılar törədən dəstənin davamçısları kimi davranırdılar.
Əvvəlcə daşnaklar Azərbaycan tərəfdarlarını təhqir etdilər. Bunun ardınca daşlarla və dondurulmuş su şüşələri ilə Azərbaycanı dəstəkləyən kiçik və dinc qrupu hədəf aldılar.
Daha sonra etiraz nəzarətdən çıxdı. Ermənilərin idarə etdiyi çox sayda nəqliyyat vasitəsi, Azərbaycan konsulluğunun binasının ətrafında təhqirlərlə hörmətsizlik nümayiş etdirərək və əşyalar tullayaraq dövrə vurdu.
Ermənistanda yəqin ki, heç vaxt olmayan erməni mənşəli gənc amerikalı qadınlar, maşının pəncərələrindən nəlayiq ifadələr işlədir, əcaib səslər çıxarırdılar.
Los-Anceles polisi təhlükəsizliyi təmin etmək üçün onları kənarlaşdırmağa çalışarkən ermənilər Azərbaycan tərəfdarlarına hücum etdilər. Yaranan qarşıdurmada biri gənc qadın olmaqla 9 azərbaycanlı yaralandı, 5 azərbaycanlı isə xəstəxanaya yerləşdirildi.
16 iyul 2020-ci ildə Azərbaycan Xarici İşlər Naziri açıqlama verdi: “Regionda gərginliyin artmasının yeganə səbəbkarı Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxlayan, yüz minlərlə azərbaycanlının təməl hüquq və azadlıqlarını pozan Ermənistandır və o bu yolla münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa mane olur.
Video: Ermənilər Los Ancelesdə dinc azərbaycanlı etirazçılara hücum edirlər
Əsas kütləvi informasiya vasitələri etirazı qeyri-obyektiv işıqlandırdılar. Polis məmuruna və gənc azərbaycanlı qadın etirazçıya hücum edən erməni kişi nifrət zəminində cinayətə görə istintaqa cəlb olunub.
Nəticə
Azərbaycanlı icma üzvlərinin bir çoxu erməni radikallardan ölüm təhdidləri alıb və araşdırma üçün Los Anceles polisi və FTB-yə müraciət edib
Bu hadisə bir daha, Amerikanın Erməni Milli Komitəsinin daşnak ideologiyasının radikal və təcavüzkar simasını göstərdi. Bu vaxtilə Hitlerin siyasətini və yəhudilərə nifrəti ürəkdən qəbul edən eyni ideologiyadır.
Vaşinqton bürokratları ilə əlaqəsi olan, radikal daşnak və ekspansionist qrupun lobbiçi qolu olan AEMK-ya nəzarət edilməlidir.
Azərbaycan tək deyil. Yəhudi icmasının liderlərindən kəskin ictimai qınaq gəldi. Simon Viesental Mərkəzi və Amerika Yəhudi Komitəsinin Los Anceles Ofisi bu zorakılığı qınadı. Xocalı qətliamında sağ qalan Dürdanə Ağayevanın yazdığı kimi: "Bu çətin günlərdə həmrəyliyinizə və dostluğınıza görə təşəkkür edirəm."
Qarşıdurma olan gün mən Azərbaycanın Los Ancelesdəki baş konsulu cənab Nəsimi Ağayevə onun və işçilərinin təhlükəsizlikdə olub-olmadığını öyrənmək üçün zəng etdim. Cənab Ağayev ciddi sarsıntı keçirmişdi. Mənə dedi ki, tarixdə ilk dəfə olaraq Amerikada yaşayan azərbaycanlılar ABŞ ərazisində belə bir nifrət və zorakılığa məruz qaldılar. "Bunun sonuncu olduğuna əmin olmalıyıq", o dedi.
Mən Azərbaycana səfər etmişəm. Dağlıq Qarabağ bölgəsindəki evlərinə qayıtmaq arzusunda olan məcburi köçkün azərbaycanlılarla görüşmüşəm. Ermənistanla təmas xəttində olmuşam və oradakı gərginliyi hiss etmişəm. Çox sayda azərbaycanlı ilə görüşmüşdüm, hamısı ümid edirdi ki, Ermənistan ağlını başına yığıb, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyacaq.
Ümid edirik ki, Ermənistana beynəlxalq təzyiqlərin artması Azərbaycan-Ermənistan sərhədində hər hansı bir hərbi eskalasiyaya son qoyacaq. Həmçinin, münaqişənin sülh yolu ilə həllinə və Qafqazın həyatında yeni bir səhifənin açılmasına səbəb olacaq.
Müəllif: Nurit Qringer - "Məqalənin orijinalı NewsBlaze-də dərc olunub"